Previous Next
Bağla

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022 18:50
Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır
"Sayğaclara nəzarət üçün vahid informasiya sisteminin formalaşdırılması əvəzinə sayğacdan qanunsuz istifadə üçün cinayət məsuliyyəti müəyyən edilir".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Qeyd edək ki, Milli Məclis ötən gün “Qaz təhcizatı” haqqında qanuna dəyişikliyi müzakirə edib.
 
Dəyişikliyə görə qaz sayğacına müdaxilə hətta cinayət məsuliyyəti də yarada bilər.
 
Bununla bağlı Mülki Məcəllə və Cinayət Məcəlləsinə də dəyişikliklərin edilməsi nəzərdə tutulub.
 
Ekspertin sözlərinə görə nəhayət ki, inkişaf etmiş ölkələrdə olduğu kimi bizdə də bütün kommunal sektoru, Azərişıq, Azəriqaz və Azərsu-nu vahid bir mərkəzdə birləşdirən şəbəkə formalaşdırılacaq, hər bir istifadəçinin şəxsi kabineti olacaq və onlayn mühitdə öz sayğaclarına nəzarət edə biləcək. Bununla bağlı müddəaları adı çəkilən qanun layihəsinə əlavə etmək heç kimin yadına düşməyib.
 
Osman Gündüz bildirib ki, oflayn mühitdə “ASAN Kommunal” yaradılsa da, Prezidentin fərmanının kommunal xidmətlərin vahid avtomatlaşdırılmış informasiya sisteminin yaradılması ilə bağlı olan hissəsi indiyədək icra olunmayıb.
 
"Azəriqaz zaman-zaman vətəndaşlarla görüşləri intensivləşdirsə də, bu sahədə effektiv texnologiyalardan istifadə etsə də sayğaclara dövlət və ictimai nəzarət üçün effektiv, ağlabatan, şəffaf mexanizmlər yaradılmadığından narazılıqlar, inamsızlıq da həmişə qalacaq.
 
Yeri gəlmişkən, sayğaclara müdaxilə edib, ona məlumatları ötürmək üçün əlavə avadanlıq və proqram təminatını da yerləşdirən ilk növbədə elə Azəriqaz özüdür. Amma bilmirəm, bu müdaxilə həmin qəbul ediləcək dəyişikliyə uyğun hesab olunacaqmı.
 
Məəttəl qalırsan ki, aktual bir məsələ parlamentdə gündəmə gəlir, bununla bağlı Prezidentin də xüsusi tapşırıqları var, amma yalnız müvafiq dövlət qurumlarından daxil olan cəzalandırma, cərimələr və rüsum toplama ilə bağlı məqamlar yada düşür.
 
Təəssüf ki, qanun qəbul edənlərimzidən də, elə icraçı qurumlardan da gözləntilər bir çox hallarda özünü doğrultmur".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019

“Kommunal xidmətlərlə bağlı Vahid İnformasiya Sistemi yaradılacaq

19-03-2025

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

Azərişıq rəsmi açıqlama verdi

13-08-2018

Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

08-01-2022

Ekspert:"Qanunsuz müdaxilə" ilə bağlı ətraflı məlumat verilməyib

08-07-2022

Bələdiyyələrin vahid informasiya sistemi yaradılır

20-05-2025

Bələdiyyələrin vahid informasiya sistemi yaradılacaq

30-05-2025

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023

Süni intellektlə hazırlanan materialların yayılmasına dair məhdudiyyətlər müəyyənləşir

21-04-2026

Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

26-02-2015

Yerli icra hakimiyyətlərində rəqəmsallaşma necə olmalıdır?

22-05-2020

Kommunal haqların yığılması üzrə mərkəzləşdirilmiş informasiya sistemi yaradılıb

29-01-2009

Ekspert: Hansı daha effektivdir? - “ASAN müraciət” sistemi, yoxsa Şamaxı “Elektron müraciət portalı” ?

23-08-2021

Enerji Effektivliyi İnformasiya Sisteminin yaradılması qəbul edilib

31-10-2025

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024

“SİM kartlara qoyulacaq qadağa problemlər yaradacaq”

11-05-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə