Previous Next
Bağla

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025 16:44
"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz
"Rəsmi açıqlama verilib ki, Azəriqaz 2,5 milyon "ağıllı" qaz sayğacı alır. Bu layihəyə SOCAR tərəfindən 480 milyon dollar ayrılıb. Layihə BƏƏ-nin Esyasoft Holding şirkəti ilə birgə həyata keçiriləcək və 14 ili əhatə edəcək".

Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib.
 
Ekspert bildirib ki , COP29 zamanı SOCAR və BƏƏ-nin Esyasoft Holding və Presight AI şirkətlərinin birgə müəssisəsi olan IntelliGrid arasında 14 illik əməkdaşlıq çərçivəsində yeni müqavilə imzalanıb. Bu müqavilə Azərbaycanda tam əhatəli Ağıllı Qaz Şəbəkəsinin İdarəetmə Sisteminin tətbiqini nəzərdə tutur:
 
"Ümumiyyətlə isə, indiyədək Azəriqaz-ın çoxsaylı sayğac əməliyyatları olub. Gah “ağıllı” sayğacları kütləvi olaraq mexanikiyə çeviriblər, gah mexaniki-elektron sayğaclara nəsə əlavə avadanlıq və proqram təminatları quraşdırmaqla onlayna çeviriblər, gah da mobil operatorların sim-kartı ilə təmin edilən, GPRS və digər texnologiya ilə onlayn rejimdə işləyən sayğacları pilot olaraq sınaqdan keçiriblər. Gah sayğacları xaricdən alıblar, gah da Gəncədəki yerli zavodun istehsalından istifadə ediblər".
 
Osman Gündüzün sözlərinə görə, indi Azəriqazda yeni dövr başlayır: 
 
"Açıqlamalarına görə rəqəmsal şəbəkə qurmaq, qaz itkilərini azaltmaq, müştəri məmnunluğunu artırmaq və əməliyyat xərclərini optimallaşdırmaq istəyirlər. Bu məqsədlə rəqəmsal alətlərdən, süni intellek tətbiqlərdən də istifadə edəcəklər.
 
Düşünürəm ki, kommunal sektorda istehlakçılar üçün şəffaf, güvənli və əlçatan bir sayğac sisteminin qurulması, real vaxt rejimində istifadə monitorinqinə imkan yaradılması, real vaxtda və onlayn formada istehlak məlumatlarına asan çıxış imkanlarının yaradılması əhəmiyyətlidir və təqdirəlayiqdir".
 
Ekspert bildirib ki, hələlik kommunal sektorda sayğac ekosistemi ilə bağlı çox şey əvvəlki qaydadadır:
 
"Təbii inhisar subyekti olan Azəriqaz və eləcə də digər kommunal qurumlar bütün sayğac məsələlərinə, onlara avadanlıq və proqram təminatı yüklənməsinə, billing məsələlərinə, məlumatların ötürülməsinə və öz ofislərində emal edilməsinə, bildirişlər hazırlanmasına özləri nəzarət edirlər.
 
Dəfələrlə qeyd etmişik ki , təbii inhisar suyektləri üçün bütün bunların bir əldə cəmləşməsi ciddi risklər yaradır.
 
SOCAR-ın rəhbərliyi ilə həyata keçiriləcək bu yeni layihədən sonra Azəriqaz-da nələrin dəyişəcəyini yəqin ki zaman göstərəcək".
 
Osman Gündüz bildirib ki, hazırda bu ekosistemdə müsbət istiqamətdə dəyişən iki məsələ var:
 
"Hökumət tərəfindən kommunal sektorun bütün məlumatlarının vahid informasiya sistemində, vahid şəxsi kabinetdə toplanması və email ilə bağlı işlər aparılır.
 
"Azərişıq", ADSEA, "Azəriqaz", "Azəristiliktəchizat" xidmətləri ilə bağlı məlumatların vahid mərkəzdə cəmləşdirilməsi nəzərdə tutulub.
 
Uzun illərdir ki bu məsələ gündəmdə olmasına, hətta Prezident tərəfindən təsdiqlənən sənədlərdə öz əksini tapmasına baxmayaraq, bu məsələ öz həllini tapa bilməyib.
 
Son zamanlar Biznes mühiti və beynəlxalq reytinqlər üzrə Komissiyada, İRİA çərçivəsində bu istiqamətdə işlərin canlanması müşahidə olunur.
 
İkinci diqqət çəkən məsələ isə ölçmə vasitələrinin -sayğacın texniki ekspertizasının artıq Azəriqaz-ın əlindən alınmasıdır.
 
Sayğacların metroloji yoxlaması və sertifikatlaşdırılmasını, yəni, necə deyərlər, tərəzinin düz işləməsini Azəriqaz deyil Metrologiya və Standartlaşdırma strukturu tərəfindən həyata keçiriləcək. Bu da, prinsipial dəyişiklikdir.
 
Amma bu müstəqillik praktikada necə təmin olunur, hansı testlər aparılıb, nəticələr ictimaiyyətə niyə təqdim olunmur – suallar hələ də açıqdır".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022

SOCAR ilə “IntelliGrid” arasında Saziş imzalanıb

11-11-2024

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022

Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

02-01-2026

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023

“Texnologiya və innovasiyalar” işçi qrupunun növbəti iclası baş tutub

06-04-2025

Vətəndaşlar "Azəriqaz"ın müayinə aktını mygov ilə izləyə biləcəklər

08-12-2025

Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

08-01-2022

“Azəriqaz” və “PashaPay” onlayn xidmətlərin göstərilməsi istiqamətində əməkdaşlıq edəcək

10-10-2024

Ekspert ağıllı sayğaclarla bağlı açıqlama verdi

10-08-2018

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019

“Azəriqaz”ın müayinə aktlarına çıxış elektronlaşdırılıb

09-09-2025

Yeni qaz sayğacları abonentlərə problemlər yaşatdı

09-01-2019

Bakı və Abşeronda qaz sayğacları dəyişdirilir

26-02-2015

Osman Gündüz: Süni intellektdə yeni səhifə - Azərbaycan–BƏƏ əməkdaşlığı

17-09-2025

“ASAN Kommunal Mərkəzləri açılacaq”

16-09-2016

“Qaz abunəçiləri üzrə informasiya ehtiyatı”nın inteqrasiyası müzakirə olunub

29-04-2015

"mygov" üzərindən kommunal xidmətlər üzrə abunəçi kodlarının ad dəyişdirilməsi mümkün olacaq

02-10-2024

Azəriqaz İB-nin xidmətləri Səyyar ASAN xidmətdə

01-08-2018

Qazaxıstanın "Süni İntellekt" planı reallaşır - Osman Gündüz

14-05-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə