Previous Next
Bağla

Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?

07-01-2022 12:15
Ekspert: "Sayğac fotosu ilə WhatsApp" əməliyyatı nə dərəcədə uğurlu mexanizmdir?
Azəriqaz əvvəlki illərdən fərqli olaraq sayğacların sıfırlanmasına vətəndaşları da cəlb edib.
 
Yəni güzəştli qaz həcmindən istifsadə etmək üçün mexaniki sayğac istifadəçiləri özləri məlumatı quruma ötürməlidir. Smart-kart tipli sayğaclarda isə gecə saat 00:00-dan etibarən limit özü avtomatik sıfırlanır.
 
Qurum sayğacların sıfırlanmasına vətəndaşların cəlbini işçi heyətinin bu prosesi fiziki olaraq çatdırmaması ilə izah edib.
 
Xeberler.az bildirir ki, Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz məsələyə münasibət bildirib.
 
Ekspertin sözlərinə görə, dövlət xidmətinin əldə edilməsi prosesində vətəndaşın özü iştirak edir. İştirakın mahiyyəti də sayğacda olan informasiyanın Azəriqaz-a WhatsApp-la göndərməkdən ibarətdir. Burada söhbət 5 -10 nəfərdən deyil, yüz minlərlə vətəndaşdan gedir.
 
"Təsəvvür edin ki yüz minlərlə sayğac məlumatı messencerdən Azəriqaz kompüterlərinə kustar qaydada daxil edilir, billing sisteminə ötürülür və bunu əsasında qərarlar qəbul edilir.Burada xeyli risklərin yaranacağı da şəksizdir.
Azəriqaz indiyədək 100 mindən çox vətəndaşın "Sayğac fotosu WhatsApp" əmliyyatında iştirak etdiyini bildirib.
 
Maraqlı məqam odur ki, on minlərlə Smart sayğac istifadəçiləri də bilməyərəkdən, yaxud ehtiyatlanaraq bu prosesdə iştirak edib".
 
Osman Gündüz hesab edir ki, bu vəziyyət Azərbaycanın indiki rəqəmsal inkişafı baxlmından olduqca xoşagəlməz, qüsurlu bir vəziyyətdir.
 
"Təəssüf ki, Azəriqaz ötən illərdə kütləvi olaraq, elə də zərurət olmadan on minlərlə Smart sayğacları mexanikiyə çevirəndən sonra qərarların effekrtiv qəbulu üçün də zamanında ağlabatan mexanizlər hazırlaya bilməyiblər. Yeganə üstünlüyü ucuz olması olan mexaniki sayğaclara kütləvi keçidin problem yaradacağı gərək öncədən hesablanaydı.
 
Sayğacların Smart-dan mexanikiyə keçirilməsinə razılıq verən, bu prosesə nəzarət eməli olan İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, həmçinin Energetika Nazirliyi və SOCAR da görünür ki indiki xoşagəlməz situasiyanın yaranacağını proqnozlaşdıra bilməyiblər.
 
Azəriqaz bu cür mexaniki sayğacların mərkəzlə və ya nəzarətçi ilə rəqəmsal əlaqəsini təmin edən əlavə elektron qurğuların da quraşdırılıcağını bildirsə də görünür ki, bunu vaxtında reallaşdıra bilməyib".
 
Ekspert qeyd edib ki, son zamanlar vətəndaşlarla informasiysa münasibətlərini daha effektiv mexanizmlər üzərindən, şəffaf formada həyata keçirən Azəriqaz görünür ki, mexaniki sayğacların istismarı üçün normal mexnizmləri hələlik qura bilməyib.
 
"Həm "Asan Kommunal" sahəsində və həm də eGov sahəsində səlahiyyətli qurum olan ASAN üçün, daha dəqiq desək VXSİ Dövlət Agentliyinin Elektron Hökumətin İnkişafı Mərkəzi, elə bu Agentliyin İnnovasiyalar Mərkəzi üçün bu vəziyyət, yumşaq desəm, düşündürücü olmalıdır.
 
Düşünürəm ki, adı çəkilən qurumlar, kommunal strukturlarla birgə "Asan kommunal" Mərkəzlərin yaradılması haqqında Prezidentin 2016-cı il tarixli fərmanına və "Strateji Yol Xəritəsi" nin tələblərinə uyğun olaraq zamanında kommunal xidmətlər sahəsində təkmilləşdirilmiş mexanizmlər və mütərəqqi idarəetmə sistemlərini formalaşdırmalıydılar".
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Sayğacın düz, yo0xsa səhv işləməsini Antiinhisar müəyyən edəcək-ŞƏRH

03-08-2023

"Azəriqaz" hansı sayğaclardan istifadə edir?-TƏHLİL

16-01-2023

Köhnə nəsil smart tipli qaz sayğacları ləğv edilir

05-05-2023

Elektrik sayğaclarına nəzarət də Antiinhisara verildi

06-08-2024

"Görünən odur ki, Azəriqazda yeni dövr başlayır" - Osman Gündüz

21-07-2025

Ekspert: Azəriqaz, Azərişıq və Azərsu vahid elektron platformada birləşdiriləcək

25-07-2022

Ekspert: Azəriqaz rəsmisinin açıqlaması olduqca absurd səslənir

08-01-2022

Qazsız bayram: “Azəriqaz”ın ödəniş sistemi çökdü, məsuliyyət ötürüldü

02-01-2026

Ekspert: Sayğaclara nəzarət edən vahid informasiya sistemi yaradılmalıdır

02-02-2022

Azəriqaz İB-nin xidmətləri Səyyar ASAN xidmətdə

01-08-2018

Kommunal xidmət sahələrində perspektiv planlar müzakirə edilib

11-08-2020

Səyyar ASAN Kommunal Qobuda

20-06-2019

Yeni qaz sayğacları abonentlərə problemlər yaşatdı

09-01-2019

Səyyar ASAN Kommunal Kürdəxanıda

05-11-2018

Səyyar ASAN Kommunal Masazırda

17-12-2018

Səyyar ASAN Kommunal Bilgəhdə

07-12-2018

Səyyar ASAN Kommunal Maştağada

01-10-2018

"Azəriqaz": Sayğaclarda yaranmış problemin həlli üzrə işlər aparılır

02-01-2026

Səyyar ASAN Kommunal Zabratda

13-08-2018

Kommunal xidmətlərlə bağlı yenilik

05-09-2017

Səbail rayonunda səyyar formada xidmətlər həyata keçiriləcək

14-02-2019

İşıq pulu ilə bağlı baş verən billing problemi təkrarlana bilərmi ?

09-03-2019

“ASAN Kommunal Mərkəzləri açılacaq”

16-09-2016

Ağıllı sayğaclara müdaxilə təhlükəsi varmı ?

16-07-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə