“90-cı illərdən etibarən yaxşı ənənələri olan Qərbi Kaspi Universiteti (əvvəlki Qərb Universiteti – red.) bu gün də innovativ təşəbbüslərlə, təhsilin keyfiyyətinin artırılmasına yönəlmiş tədbir və layihələri ilə diqqət çəkir. Bu gün universitetdə imtahanların gedişini izlədik. Təhsil ocaqlarının imtahanların gedişini ictimaiyyət üçün açması şəffaflığın ifadəsidir və bütün universitetlər bu təcrübəni tətbiq etməlidir”.
Xeberler.az bildirir ki, su sözləri jurnalistlərə açıqlamasında Multimedia İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz deyib.
Universitetdə xüsusilə son dövrlərdə görülən işlərlə tanış olan O.Gündüz bildirib ki, bütün bu tədbirlər nəticədə ölkə təhsilinin inkişafına töhvə verir:
“Qərbi Kaspi Universitetində Yüksək Texnologiyalar Məktəbinin yaradılıb. Ən müasir standartlara cavab verən laboratoriya və mərkəzlər qurulub. Hazırda yüksək standartlarda Texnopark yaradılır. Bir sözlə, peşəkar mühəndislərin hazırlanması üçün hər cür şərait var. Eləcə də İT sahəsi üzrə mütəxəssislərin. Bütün bunlar ümumilikdə ölkəmizin təhsili, iqtisadiyyatı üçün faydalıdır”.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri