Previous Next
Bağla

Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

17-10-2022 20:52
Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir
Bildirdiyimiz kimi bu gün Qubada Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub.
Xeberler.az bildirir ki, bu barədə Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz feysbuk səhifəsində paylaşım edib.
"Görüşdə dövlət qurumlarının rəqəmsal bölmələrinin rəhbərləri, ictimaiyyət nümayəndələri, ekspertlər iştirak ediblər.
Koordinasiya qurumu dövlət informasiya resursları sahəsində vahid koordinasiyanı həyata keçirmək, habelə rəqəmsal hökumətə keçidin , elektron hökumətin inkişafı və təşviqi üzrə dövlət orqanlarının fəaliyyətinin əlaqələndirilməsini təmin etmək məqsədi ilə yaradılıb.
Bu gün keçirilən görüşdə bir xeyli faydalı məsələlər müzakirə edildi. Fikir mübadiləsi aparıldı. Bizə də fikirlərimizi çatdırmaq üçün şərait yaratdılar.
Düşünürəm ki, 6-cı dəfə təşkil olunan bu formatda görüş çox faydalıdır. Ötən dövrdə bu istiqamətdə müəyyən işlər görülüb.
Bununla belə hiss olunur ki, kordinasiyanın gücləndirməsinə ciddi ehtiyac var. Son dövrlərin beynəlxalq hesabatları da göstərir ki görüləcək işlər daha çoxdur. Əgər Rəqəmsal hökumət qurulursa və koordinasiya qrupu da onun əsas orqanıdırsa demək onun təsir imkanları genişləndirilməli və rolu artırılmalıdır. Nazirlər və nazir müavinləri, hökumət üzvləri , deputatlar bu tip görüşlərdə aktiv iştirak etməlidir.
Əks halda inteqrasiyanı tamamlamaq uzun zaman alacaq. Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir. Son zamanlar yaxşı nümunələr də var. Görüşdə təqdim olunan "Mobil notariat" resursunun son versiyası da hazırda ən faydalı hökumət rəqəmsal həlli hesab oluna bilər.
Faydalı , mobil rəqəmsal həllər hələlik çox azdır. Mövcud rəqəmsal arayışların və məlumatların hüquqi təminatı yaradılmalıdır. Düşünürəm ki, eGov koordinasiya qrupunun rəhbərliyi dövlət qurumlarında eGov-a , rəqəmsal hökumətə cavabdeh şöbələrin və departamentlərin rolunun artırılması istiqamətində işlər aparmalıdır. Hər bir Nazirlikdə Nazir müavinlərindən biri yalnız rəqəmsal sektora cavabdehlik daşımalıdır və kordinasiya qrupunda təmsil olunmalıdır.
Bu gün keçirilən görüşü də faydalı hesab edərək, İcra Qrupun görüşlərinin intensivliyinin və məhsuldarlığının daha da artırılmasının əhəmiyyətli olacağını düşünürəm".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Elektron Hökumət üzrə İcra Qrupunun növbəti görüşü baş tutub

17-10-2022

Elektron Hökumət üzrə İcra Qrupunun üçüncü görüşü keçirilib

12-11-2019

Ekspert : Vətəndaşlar sənədlərlə bağlı get-gələ salınır

06-11-2018

Ekspert eGov sahəsindəki problemlərdən danışdı

08-10-2018

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023

İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin rəhbərliyi ilə görüş keçirilib

23-02-2023

"Rəqəmsal liderlik" proqramının növbəti görüşü Naxçıvanda baş tutub

21-10-2025

Antiinhisar Dövlət Xidmətində görüş keçirilib

27-04-2022

Ekspert: Dövlət qurumlarında formalaşan datanın sahibi kimdir?

11-10-2022

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü keçirilib

03-10-2025

Oracle və "Hökumət buludu" tərəfdaş oldular

20-05-2022

ASAN 2.0 realdırmı ?

05-12-2018

Ekspert: "Milyonluq" iş 

20-10-2022

Ekspert: TN, DİM və ali təhsil müəssisələri informasiya sistemlərini inteqrasiya etməlidir

19-07-2022

Ekspert açıq məlumat bazasından danışdı

19-06-2019

Elektron Hökumət üzrə İcra Qrupunun birinci görüşü keçirilib

28-02-2019

Rəqəmsal hökumət arxitekturası İşçi qrupunun görüşü olub

26-06-2025

Ekspert: Azərbaycan eGov sahəsində əvvəlki beynəlxalq reytinqlərini təkrarlaya bilmir

07-09-2020

Ekspert : "Bütün bunlar eGov sahəsində aparılan işlərə kölgə salır"

20-10-2018

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021

"eGov" niyə "ASAN"dan alınıb nazirliyə verildi?- EKSPERT ŞƏRHİ

25-11-2022

“Açıq məlumatlar” portalına neçə qurum inteqrasiya edib? – EKSPERT

22-04-2021





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə