Previous Next
Bağla

Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

25-10-2023 15:35
Rəqəmsal notariat: Qazaxıstan və Azərbaycan

Qazaxıstan rəqəmsal transformasiya və ekosistemin inkişafı sahəsində bizdən xeyli irəlidədir. Beynəlxalq statistikalar da bunu göstərir.

Amma elə sahələr var ki, biz onlardan xeyli irəlidəyik.

Baxıram ki, Qazaxlar hələ indi "Rəqəmsal notariatı" işə salıb, hələ indi etibarnamələri rəqəmsallaşdıra biliblər. Bizdə isə elektron notariat neçə illər öncə, "Mobil notariat"ın ilk versiyası isə 2020-ci ildən aktivdir.

"Mobil notariat" Azərbaycanın ən faydalı və populyar rəqəmsal hökumət həllidir.

Hazırda isə onun az qala 4-cü versiyası aktivdir və burada xeyli sayda rəqəmsal ədliyyə xidmətləri əlçatandır.

Amma onu da qeyd edim ki, Qazaxıstanın mobil hökumət tətbiqində 27 xidmət tam rəqəmsallaşıb, yəni orada telefonda göstərilən məlumatlar rəqəmsal sənəd statusa malikdir.

Bizim eGov mobil tətbiqdə olan məlumatlar isə sadəcə bir informasiysdır, hər hansı hüquqi əsası hələlik tam müəyyənləşməyib.

İRİA eGov mobil hökumət tətbiqinin yenidən qurulacağını, buradakı ən az 5 xidmətlə bağlı məlumatın "rəqəmsal sənəd" statusu alacağını açıqlayıb. Hələlik bunlar reallaşmayıb.

Yeri gəlmişkən, "Rəqəmsal notariat"la bağlı təqdimatı Qazaxıstanın ədliyyə qurumu Cənubi Asiyanın ən böyük innovasiya və texnologiya tıdbiri olan DİGİTAL BRİDGE2023 forumunda açıqlayıb.

Hansı ki, bizim İRİA rəsmiləri də bu tədbirə qatılmışdılar. Tədbirdən sonra isə, hansısa bir təhlillər və müqayisələr aparılmadan, iki ölkəni müqayisə edərək Azərbaycanı "riskləri daim qiymətləndirərək çox diqqətli davranış" sərgiləyən ölkə olaraq xarakterizə etmişdilər.

Lakin, göründüyü kimi, problemlərimizlə bərabər, təqdim edə biləcəyimiz xeyli uğurlarımız da var.

Ümumiyyətlə, düşünürəm ki, İRİA rəhbərliyi beynəlxalq tədbirlərdə təmsilçiliyə, ondan faydalanmağa daha ciddi diqqət yetirməlidir. Bəzən müşahudə olunur ki, hansısa beynəlxalq tərdbirə qatılanların içərisində İRİA rəsmiləri daha çoxluq təşkil edir, nəinki, startaplar və ya digər ekosistem iştirakçıları. Bu isə, yumşaq desək, doğru bir yanaşma deyil.

Osman Gündüz,

Azərbaycan İnternet Forumunun prezidenti, ekspert

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

Texnologiyalar və innovasiyalar sahəsində Azərbaycanla Qazaxıstanın müqayisəsi

16-10-2023
Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

Ekspert: "Mobil Notariat" tətbiqi hazırda ölkədə ən populyar rəqəmsal hökumət həllidir

15-08-2022
Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

Ekspert: Əminəm ki, "E-qanun" mobil tətbiqi çox populyar olacaq

09-09-2022
Ekspert: "Milyonluq" iş 

Ekspert: "Milyonluq" iş 

20-10-2022
Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

Ekspert: Mobil hökumətdə vəziyyət necədir?

26-09-2022
Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

Azərbaycanda yeni Super Portal istifadəyə veriləcək

21-07-2023
Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb

Qazaxıstanda artıq vətəndaşlarla bağlı 27 kağız sənəd tam rəqəmsallaşdırılıb

11-07-2023
Rəqəmsal diplomlar nə zaman veriləcək?

Rəqəmsal diplomlar nə zaman veriləcək?

19-10-2023
Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

Ekspert: “Mobil məhkəmə” yenidən qurulacaq

16-02-2022
Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

Ekspert: Rəqəmsal hökumətə keçidin hüquqi təminatı çox ləngiyir

17-10-2022
“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

“Notariusun işində rəqəmsallaşma” mövzusunda konfrans keçirilib.

28-11-2023
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Şəxsi sənədlər rəqəmsallaşdırılır

Şəxsi sənədlər rəqəmsallaşdırılır

13-06-2024
Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

Ekspert: Dövlət qurumları vətəndaşlardan hələ də kağız arayışlar tələb edir

02-04-2021
"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

"eGov" infrastrukturunun təhvil-təslimi başa çatıb

27-01-2023
Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

Ən faydalı və populyar mobil hökumət həlli hansılardır? - Ekspert açıqladı

14-04-2025
Mobil notariatın işində texniki fasilələr yaranacaq

Mobil notariatın işində texniki fasilələr yaranacaq

19-01-2023
Rəqəmsal Məcəllədən nə xəbər var ?

Rəqəmsal Məcəllədən nə xəbər var ?

15-01-2024
“SİMA İmza” Ədliyyə Nazirliyinə məxsus tətbiqə inteqrasiya olunub

“SİMA İmza” Ədliyyə Nazirliyinə məxsus tətbiqə inteqrasiya olunub

09-04-2024
Azərbaycanda neçə startap var?

Azərbaycanda neçə startap var?

13-03-2024
“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verilib

“Mobil Notariat”ın veb-sayt versiyası istifadəyə verilib

09-12-2024
Elektron notariat informasiya sistemində 36 milyondan çox notariat məlumatı toplanıb

Elektron notariat informasiya sistemində 36 milyondan çox notariat məlumatı toplanıb

09-07-2019
Bakıda, yaxud hansısa rayonda yaşayıb hansısa rayonun icra hakimiyyətinə necə onlayn müraciət etmək olar ?

Bakıda, yaxud hansısa rayonda yaşayıb hansısa rayonun icra hakimiyyətinə necə onlayn müraciət etmək olar ?

06-06-2024
Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

Rəqəmsal şəxsiyyət vəsiqəsi bələdiyyə seçkilərində etibarlı olacaqmı?

24-01-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə