Previous Next
Bağla

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024 16:18
Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?
Telekommunikasiya və internet sektorunda dövlətin xüsusi çəkisi hansı səviyyədədir ?
2018-ci ildən etibarən Azercell dövlət şirkətidir.
O zaman Azercell-in payçılarından olan Telia Sonera və Turkcell Azercell-in tam səhmdarı olan Azertel-dəki 51.3 faiz payını dövlətə satıb.
 
Xatırladıram ki, 2015-ci ildən sonra Telia Sonera Mərkəzi Asiyada olan korrupsiya qalmaqalı ilə bağlı bu regionu , o cümlədən Azərbaycan mobil bazarını tərk edib.
2018-ci ildə hökumətimiz bu payı digər şirkətlərə, Türkcell-ə satmaqdan imtina edib.
Telia Sonera-nın bu payını almaq üçün hökumət Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinə büdcədən təxminən 450 milyon manat vəsait ayırıb.
 
Beləliklə, hazırda Azercell –in səhmlərin nəzarət zərfi, yəni anlaşıqlı desək Azercell-in sahibi RİNN-in AzİnTelecom şirkətidir.
Hökumət o zaman çətin dövrlər yaşayan, böhran keçirən, investisiya imkanları tükənən Azercell-in “dövlətləşdirilməsini” onun sağlamlaşdırılması istiqamətində atılan addım olaraq dəyərləndirmişdi.
 
Son bir neçə ildir Azercell-in açıqladığı hesabatlardan görsənir ki, mobil bazarın əsas şirkəti olan bu operator tam mənfəətlə çalışır. Hesabatlara baxanda görmək olar ki, gəlirlərini də xeyli artırıb .
Cari ilin maliyyə hesabatı açıqlanmasa da gözləntilər pozitivdir.
Belə olan halda sual yaranır ki, görəsən hökumət Azercell-i nə zaman yenidən özəlləşdirməyə çıxaracaq ?
 
Düşünürəm ki, mobil və internet bazarında rəqabətli mühitin inkişafı üçün belə bir addımın atılması indiki zamanda doğu olardı.
Bəzən belə fikrilər səslənir ki, bizim mobil operatorlar 5G-yə keçməyə tələsmirlər. Əlbəttə, dövlət şirkətləri üçün innovasiyaların, yeni texnologiyaların tətbiqi elə də cəlbedici olmaya bilər.
 
Amma maraqlı məqam odur ki, qonşu ölkələrin əksəriyyəti artıq 5G üçün lisenziyaları operatorlara veriblər və onlar da hazırda 5G şəbəkəsini qurmaqda və bu xidməti göstərməkdədirlər .
Yeni qəbul edilən Rəqabət Məcəlləsi, ötən gün Prezident İlham Əliyevin bununla bağlı qəbul etdiyi fərmanlar da rəqabətli mühitin inkişafı üçün tam yeni tələblər irəli sürüb.
 
Son bir neçə ildir ki, RİNN "Onlayn Azərbaycan" layihəsi çərçivəsində ölkə üzrə nəhəng bir telekommunikasiya infrastruktur layihəsi gerçəkləşdirir. Artıq 2 il ərzində bir milyondan çox evlərə fiber optik şəbəkə çəkilib. Bu il daha bir milyon evə geniş zolaqlı bağlantı qurulacaq.
Yəni bununla da ölkədə DÖVLƏTƏ MƏXSUS daha bir nəhəng telekommunikasiya və internet şəbəkəsi yaranmaqdadır.
Bununla da internet və telekommunikasiya sektorunda dövlətin xüsusi çəkisinin hədsiz artacağını proqnozlaşdırmaq olar.
Azercell dövlət şirkətinə çevriləndən sonra internet sektorunda da dövlətin xüsusi çəkisi xeyli yüksəlib.
 
Ümid edirəm hökumət, RİNN, İKTA, Antiinhisar da bunun fərqindədir.
Düşünürəm ki, RİNN-in, hökumətin qarşıdakı mərhələdə Azercell dövlət şirkətini yenidən özəlləşdirməyə çıxarması doğru olardı.

Osman Gündüz
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

Osman Gündüz: Azercell nə üçün gəlirlərini açıqlamadı?

03-03-2020

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Azercell 2019-cu ildə rebrendinq edəcək

04-12-2018

“Azercell telekommunikasiyanın inkişafına 68 milyon manat vəsait ayırıb”

24-02-2016

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Azercell internetin qiymətini 20 faiz qaldırdı

06-08-2018

Nazirlik Azercell-i satın aldı

05-03-2018

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021

Nazirlik Azercell-i inkişafa, yoxsa geriyə aparacaq?

07-03-2018

«Azercell» daha 4 beynəlxalq MMS rouminq sazişi bağlayıb

07-05-2009

"Azercell bəsit müzakirələrlə baş qatır, qonşu ölkələr də 5G infrastrukturunu genişləndirir"

17-05-2023

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

Nokia bizdə modem satır, Ermənistanda 5G qurur

12-02-2024

Azercell-ə daşınan nömrələrin sayı artıb

27-10-2015

Osman Gündüz: Azercell-in dövlət şirkətinə çevrildikdən sonra vəziyyəti necə olub?

04-03-2021

Azercell –də nə baş verir ?

24-12-2017

Azercell-in səhmdarı Tacikistandakı aktivlərini satıb

07-09-2016

Bu il mobil operatorlara 5G lisenziyası verilə bilər

08-01-2024

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

“Azercell-in mobil bazarda payı 48 faizdir”

22-02-2017

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018

Antiinhisar qurumu NRYTN üçün məcburi olan qərar qəbul edib

02-08-2019

Azercell 21 yaşını qeyd edib

16-12-2017





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə