Previous Next
Bağla

Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?

18-10-2021 16:12
Ekspert: RİNN 0.5 milyard manatlıq dövlət proqramını öz hesabına həll edə biləcəkmi?
Xeberler.az bildirir ki, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi dövlət-özəl tərəfdaşlığı formatında ölkədə internetə əlçatanlığın artırılması və internetin keyfiyyətinin yaxşılaşması işlərinə start verib.
 
Məsələyə Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz münasibət bildirib:
 
"Artıq hiss olunur ki, bəzi regionlarda və Bakı ətrafında bununla bağlı olduqca faydalı və ciddi işlərə başlanıb.
 
Nazir Rəşad Nəbiyev rəsmi olaraq açıqlayıb ki, 2 il ərzində, yəni 2023-cü ilin sonunadək ölkədə internet problemi tamamilə həll olunacaq. Ötən dəfə provayderlərlə görüşümüzdə RİNN rəsmiləri bildirdilər ki, ölkədə dayanıqlı internet infrastrukturun qurulması üçün gərəkli olan resurslar RİNN tərəfindən ayrılacaq.
 
Xatırlayıram ki, 7 il bundan öncə ölkə səviyyəsində genişzolaqlı internet infrastrukturn qurulamsını nəzərdə tutan dövlət proqramı üçün 0.5 milyard manat nəzərdə tutulmuşdu. Hansı ki, o zaman hökumət büdcədən bu pulu ayırmaqdan imtina etmişdi. Problem isə elə o zamandan qalmışdı.
 
İndi Nazirlik daxili resurslar hesabına bu probelmi ölkə üzrə birdəfəlik həll etmək istəyir. Bütün bunlar təqdirəlayiqdir və ölkənin rəqəmsal transfromasiyası və inkişafı üçün olduqca əhəmiyyətlidir. Lakin burada bəzi düşündürücü məqamlar da var".
 
Ekspertin sözlərinə görə, tərəfdaşlıq çərçivəsində internet infrastrukturun qurulmasına, Bakı ətrafında Baktelecom dövlət operatoru hələlik digər bir özəl Smart Technology provayderi ilə tərəfdaşlıq çərçivəsində işlərə başlayıb.
 
Lakin RİNN rəsmilərinin açıqlamalarından görmək olar ki, regionlarda hələlik dövlət –özəl tərəfdaşlığı çərçivəsində cəmi bir provayderlə- Azeronline şirkəti ilə müqavilələr bağlanıb. Azeronline da Azercell şirkətinə məxsusdur.
 
"Nəzərə alsaq ki Azercell şirkəti də 3 il öncə dövlətləşib, onda buradan belə qənaətə gəlmək olar ki, dövlət operatoru Aztelekom regionlarda digər bir dövlət operatoru- Azeronline ilə birləşərək internet infrastrukturunu quracaq.
 
Fikrimcə bu qaydada davam edərsə pərakəndə internet bazarında dövlətin xüsusi çəkisi ilə bağlı müəyyən ciddi risklər yaranacaq. Əlbəttə, güman etmək olar ki, yaxın zamanlarda digər özəllər də bu prosesə qoşulacaqlar".
 
Osman Gündüz bildirib ki, yeni yaranan tənzimləyici qurum, İKT Agentliyi bu məsələyə xüsusi diqqət yetirməlidir. Əgər hər hansı digər özəl provayderlər dövlət-özəl tərəfdaşlığı çərçivəsində bu prosesə cəlb olunmasalar onda pərakəndə internet bazarında dövlətin xüsusi çəkisi 75%-dək yüksələ bilər ki, fikrimcə bu normal bir vəziyyət deyil.
 
"Hazırda ölkə daxili magistarl infrastrukturda dövlətlə yanaşı Delta Telekom və Azertelecom-un da şəbəkəsi fəaliyyət göstərir.
 
Dövlətin magistarl xətlərdə, əsas infarstrukturda xüsusi yerinin olması qazçılmazdır və anlaşılandır. Ümid edirəm İKT Agentliyi bu sektorda rəqabətli mühit yaradacaq. Amma pərakəndə internet bazarında dövlətin xüsui çəkisnin hədsiz yüksək olması, fikrimcə rəqabət və inkişaf üçün ciddi əngəllər yarada bilər.
 
Odur ki, fikrimcə İKT Agentlıiyi dövlət-özəl tərəfdaşlıq formatında daha çox özəl provayderlərin iştirakına, dövlətə məxsus rabitə resurslarından provayderlərin bərabər əsaslarla istifadəsinə və rəqabətli mühitin formalaşmasına daha çox diqqət yetirməlidir".
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda vahid dövlət telekommunikasiya operatoru yaradılacaq

21-10-2021

Ekspert: İşıq dirəkləri ilə ölkədə daha sürətli və keyfiyyətli internet infrastrukturu qurula bilər

10-01-2022

Azərbaycanda İnternet bazarına dövlət, yoxsa özəl sektor nəzarət edir ?

20-02-2024

"Onlayn Azərbaycan" layihəsinin başa çatması bir çox sahənin inkişafına ciddi təkan verəcək

10-03-2025

Ekspert: Keyfiyyətli və əlçatan internet problemi nə zaman həll olunacaq?

21-06-2021

Ekspert Azərbaycan internet bazarındakı vəziyyətdən danışdı

04-10-2018

Ekspert: RİNN yarım milyardlıq layihəni 160 milyona necə reallaşdırıb?

14-03-2025

İnzibati əmrlə internetin sürətini artırmaq absurddur - Osman Gündüz

16-07-2025

Azercell dövlət şirkəti özəlləşdiriləcəkmi ?

24-01-2024

Ekspert: NRYTN haqsız rəqabət aparır

00-00-0000

Ekspert: Nazirlik kabel kanalizasiya infrastrukturunu monopoliyada saxlayır

08-01-2020

Ekspert: Azərbaycanda internetin sürəti ürəkaçan deyil

15-09-2021

"Aztelekom-un struktur dəyişikliyi telekom bazarına təsir edəcəkmi"?

30-04-2025

Azərbaycanda orta internet sürəti niyə zəifdir?

15-10-2018

Osman Gündüz: Keyfiyyətli internet problemi necə həll olunacaq?

20-08-2021

Ekspert: Nazirin Azercell-dəki görüşündə nələrdən danışılıb?

24-08-2022

Regionlarda internet niyə zəifdir ?

13-09-2019

Dövlət qurumunun Azercell-i alması sektora necə təsir edəcək?-Şərh

06-03-2018

Aztelekom-un RİNN tərkibindən çıxarılması tənzimləyici quruma necə təsir edəcək?

18-03-2025

"Aztelekom" 85 milyonu necə ala bilib?-EKSPERT ŞƏRHİ

23-12-2022

İnternet problemi niyə həllini tapmır - Ekspertdən AÇIQLAMA

13-04-2021

Tısbağa sürətli internetimiz: Problem niyə həll olunmur?

06-03-2020

Nə üçün nazir AzTelekom və BTRİB-i ciddi tənqid edib?

28-01-2015

Ekspert: 9 aydır internetin qiymət artımı ilə bağlı araşdırma yekunlaşmayıb

02-06-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə