Previous Next
Bağla

Ekspert: TƏBİB vətəndaşlara səhv SMS göndərib

26-07-2020 19:52
Ekspert: TƏBİB vətəndaşlara səhv SMS göndərib
"İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi məlumat yayıb ki, 25 və 26 iyul tarixlərində its.gov.az portalından vətəndaşlara koronavirus testinin nəticələri haqqında göndərilən məlumat yanlışdır. TƏBİB yanlışlığı texniki xəta ilə əlaqələndirib və üzrxahlıq edib".
 
Xeberler.az bildirir ki, bu sözləri Azərbaycan İnternet Formunun Prezidenti, ekspert Osman Gündüz deyib: 
 
"Əslində baş verənlər insan sağlamlığı və xüsusən də koronavirus infeksiyası ilə bağlı olduğundan və dövlət qurumu tərəfindən gerçəkləşdiyindən kifayət qədər ciddi hadisədir. Dövlət tərəfindən TƏBİB qarşısına dayanıqlı və keyfiyyətli tibbi xidmət göstərilməsi vəzifəsi qoyulub. Düşünürəm ki, cavabdeh qurumlar bunun fərqində olmalıdır".
 
Nə baş verib və kimdir günahkar?
 
Ekspertin sözlərinə görə, ilkin araşdırmalar onu deməyə əsas verir ki, its.gov.az portalı və onun üzərində olan elektron xidmətlər ASAN və eGov Mərkəzi ilə əlaqələndirilmədən, güman ki tez başa çatması üçün tender keçirilmədən qapalı satınalma əsasında TƏBİB tərəfindən yaradılıb.
 
"Müşahidələr onu deməyə əsas verir ki, portal və xidmətlər əsasən Nazirlər Kabineti yanında Operativ Qərargaha tabedir. Baza isə NRYTN yanında AzİnTelekom Data Mərkəzində yerləşir. Əvvəlcə onu qeyd etmək vacibdir ki, sistemə hər hansı müdaxilə və ya kiberhücum faktı qeydə alınmayıb".
 
Problem sistemin proqram təminatının alqoritmlərində olub, yoxsa proqramdan düzgün istifadə olunmayıb?
 
Osman Gündüz bildirib ki, adətən bu tip səhvlər sistemin proqram təminatı ilə bağlı olur. Proqram təminatının hansı qurum tərəfindən hazırlanması haqqında məlumat verilməyib. Bu sistemin Proqram təminatında problem ola biləcəyi inandırıcı görsənmir. Çünki sistemin proqram təminatında alqoritmlərin düzgün qurulmaması indiyədk göndərilən SMS -lərin də səhv olması demək olardı. Lakin bildirildiyinə görə 25 iyul tarixədək belə səhvlər olmayıb.
 
Bununla belə düşünürəm ki, alqoritmlərlə bağlı sistemin bir daha testdən keçirilməsi faydalı olardı. İlkin araşdırmalar isə onu deməyə əsas verir ki, bu cür yanlış məlumatlandırma daha çox sistemdən istifadə ilə, yəni insan amili ilə bağlı olub.
Güman etmək olar ki , məlumatlandırma sistemi tam elektronlaşmayıb.
 
"Yəni düşünmək olar ki, analiz verənlərin mövcud bazası üzrə Covid -19 testlərinin nəticələrinin emal olunması tam olaraq avtomatik deyil, müəyyən hissəsi TƏBİB operatoru tərəfindən həyata keçirilir" - deyə ekspert qeyd edib.
 
"Güman etmək olar ki, sistemin istifadəçiləri məlumatları emal edərkən və zəruri ünvanlara göndərərkən tələskənliyə və diqqətsizliyə yol veriblər. Nəticədə hazır SMS məlumatları səhv baza seçimi üzrə yanlış ünvanlara göndırilib.
 
Beləliklə düşünmək olar ki, baş verənlər səhlənkarlıq və məsuliyyətsizlik ucbatından baş verib. Görünür ki, qurumda elektron xidmətlərin təqdim edilməsi ilə bağlı çatışmazlıq və qüsurlar var.
 
Eyni zamanda düşünürəm ki, dövlət xidmətlərinin keyfiyyətinə və eGov-a cavabdeh olan ASAN da bu cür ictimai əhəmiyyətli elektron xidmətin hazırlanması və keyfiyyətinin qiymətləndirilməsinnə gərək zamanında diqqət yetirəydi. Təəssüf ki bu cür əhəmiyyətli e-xidmətin hazırlanmasında adı çəkilən qurumlar arasında kordinasiya olmayıb".
 
Son olaraq Osman Gündüz belə hesab edir ki, aidiyyatı qurumlar baş verənlərdən nəticə çıxarmalıdır, günahkarlar cəzalandırılmalı və bu tip yanlışlıqların təkrarlanmaması üçün tədbirlər görülməlidir.
 
 
 
 
 
ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert: Icbari tibbi sığorta sahəsində problemlər var

14-01-2020

Mənzillərin onlayn satışında yaranan problemdə kimdir günahkar?

08-05-2018

Enerji sektorunda baş verən qəza, onun səbəbləri və nəticələri haqqında

04-07-2018

Regionlarda elektron hökumət quruculuğunun vəziyyəti necədir?

09-07-2019

Ən axsaq yerimiz səhiyyə sistemidir

19-12-2020

Ekspert: Səhiyyə sistemi nə dərəcədə rəqəmsallaşıb ?

09-12-2019

Elektron ipoteka və kredit zəmanət sistemi çökdü

22-01-2020

Ekspert:Nə üçün kiber hücum öncədən nəzərə alınmayıb?

15-09-2022

Çökən 10 milyonluq sistemdən nə xəbər var ?

22-02-2020

“Smart Customs” mobil tətbiqi nə üçün çöküb ?

06-01-2021

Ekspert:Azərbaycanla bağlı daha bir gözlənilən baş verib

10-05-2022

“Çökən” sistemə 760 min manat xərclənib

11-05-2018

Ekspert:Nazirlərin internet məlumatları ələ keçirilib

23-04-2022

Osman Gündüz: "Asan imza" yenə çöküb

04-03-2025

Ekspert : ASAN İmza-dan imtina olunmalıdır

18-02-2019

Ekspert mənzillərin onlayn satış prosesiylə bağlı açıqlama verdi

06-09-2018

Adi bir məktəbli zarafatı yoxsa təxribat?

09-03-2020

Tibbi sənədlərin qeydiyyatı elektronlaşdırılır

20-02-2023

Çimərliklərə icazə necə veriləcək? Ekspertdən açıqlama

01-08-2020

“Regionlarla Bakı arasında yüksək bərabərsizlik var”

25-01-2021

Güzəştli mənzillərin onlayn satışı iki ay uzadılıb

06-09-2018

Avtomobillərin dövlət qeydiyyatına alınması prosesi niyə elektronlaşmır?

16-04-2019

Ölkədən çıxışa qoyulan qadağanı necə öyrənmək olar ?

29-07-2019

ASAN 2.0 realdırmı ?

05-12-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə