Bu gün növbəti dəfə dövlət qulluğu vəzifəsinin tutulması ilə bağlı DİM-in müsahibə komissiyasının iclası təyin olunmuşdu.
Xeberler.az bildirir ki, bununla bağlı Azərbaycan İnternet Forumunun Prezidenti, ekspert Osman Gündüz öz “Facebook” səhifəsində paylaşım edib.
“Son zamanlar müsahibələr onlayn formada keçirilir. Təəssüf ki, onlayn toplantımız baş tutmadı.
Səbəb odur ki, dövlət qulluğuna namizəd müsahibəyə qatılmayıb.
Ümumiyyətlə, zaman-zaman Komissiyanın iclaslarında bu tip hallar baş verir. Bəzi iddiaçılar yenə də öncədən heç bir məlumat vermədən, üzrsüz səbəbdən müsahibəyə qatılmırlar.
Maraqlıdır ki, dövlət qulluğuna iddia edən namizəd hətta onlayn formada keçirilən müsahibəyə də qatılmır və etinasızlıq göstərir.
Nəticədə isə, mənasız yerə zaman və dövlət resursları sərf olunur.
Əvvəllər bir namizəd, sertifikatının olduğu müddətdə 40-50 dövlət vəzifəsinə iddia edə bilirdi. Hansı ki, iştirak etmədiyi və iştirakdan imtina etdikləri müsahibələrin sayı da yetərincə olurdu.
Lakin ötən il qanunvericiliyə dəyişiklik edilib. Qeydiyyata məhdudiyyət qoyulub. Yeni qaydalara görə dövlət qulluğu sertifikatı olan şəxs həmin sertifikatın qüvvədə olma müddətinin hər ili ərzində yalnız 5 müsahibədə ödənişsiz, 5-dən artıq müsahibədə isə ödənişli iştirak edə bilər.
Yəni, bizim bu gün ASAN Xidmətdə vəzifə tutmaqla bağlı müsahibəyə qatılmayan, mənasız yerə komissiyanın toplantısının keçirilməsinə səbəb olan namizədimiz artıq pulsuz müsahihə hüququnun birini itirmiş olub.
Ümid edirəm dövlət qulluğuna iddia edən digər namizədlər də bunu nəzərə alacaqlar.
Görünür ki, müsabiqə qaydalarını daha da təkmilləşdirmək lazımdır. Bir neçə gün öncə DİM tərəfindən təşkil olunan “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsinin rəsmi açılışında çıxış edərkən DİM-in Direktorlar Şurasının sədri Məleykə Abbaszadə bu istiqamətdə qanunvericiliyin daha da təkmilləşdiriləcəyini bildirib.
Yeri gəlmişkən, Tarif Şurası bir il keçməsinə baxmayaraq indiyədək dövlət qulluğuna qəbul üzrə 5-dən artıq müsahibəyə iddi edənlər üçün ödəniş haqqını müəyyən edə bilməyib”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri