“Elektron hərrac bu sahəyə marağı daha da artırıb”

25-12-2017 / 11:34

Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 23 yanvar tarixində dövlət əmlakının özəlləşdirilməsi üzrə növbəti hərrac keçiriləcək.

Komitədən Xeberler.az-a verilən məlumata  görə,  elektron hərracın tətbiqi, əmlaklara onlayn olaraq sifariş verilməsinin mümkünlüyü investorların hərraclara marağını daha da artırıb.

Vətəndaşlar hərraclara evindən internet vasitəsilə onlayn şəkildə qatıla bilər. Elektron hərracda iştirak etmək istəyən şəxs e-emdk.gov və ya e-gov.az  daxil olaraq müvafiq bölməni seçir. Ümumilikdə isə hərracda qeydiyyatdan keçmək, sifariş vermək elektron qaydada həyata keçirilir. Hərraclar keçirildiyi vaxt istənilən şəxs onlayn olaraq https://e-emdk.gov.az/eHerrac/Home/Presentation linkinə keçid etməklə hərracı canlı izləyə bilər.

Budəfəki hərracda müxtəlif çeşidli 96 dövlət əmlakı öz sahibini axtarır. Bunlardan 26-sı kiçik dövlət müəssisə və obyekti, 12-si istifadəsiz qeyri-yaşayış sahəsi, 23-ü səhmdar cəmiyyətləri, 35-i isə nəqliyyat vasitələridir.

Xeberler.az


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə