“Elektron lisenziya” portalı nə vaxt istifadəyə veriləcək?

19-10-2015 / 17:58

Xəbər verdiyimiz kimi, bu gün Prezident İlham Əliyev Sahibkarlıq fəaliyyətinin xüsusi razılıq (lisenziya) tələb olunan növlərinin sayının azaldılması, xüsusi razılıq (lisenziya) verilməsi prosedurlarının sadələşdirilməsi və şəffaflığının təmin edilməsi haqqında fərman imzalayıb.

Xeberler.az-ın məlumatına görə, fərmanda eyni zamanda “Elektron lisenziya” portalının yaradılması istiqamətində işlərin sürətləndirilməsi ilə bağlı məsələ də öz əksini tapıb. 

Fərmanda bildirilir ki, İqtisadiyyat və Sənaye Nazirliyi Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə birlikdə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi üçün tələb olunan xüsusi razılıq (lisenziya), sertifikat, şəhadətnamə və digər sənədlərin elektron qaydada verilməsini təmin edən “Elektron lisenziya” portalının yaradılması istiqamətində işləri sürətləndirsin.

Məsələ ilə bağlı Azərbaycan Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (ASAN)  İnformasiya Təminatı şöbəsinin müdiri  Anar Hüseynov Xeberler.az-a açıqlamasında bildirib ki, “Elektron lisenziya” portalının yaradılması üçün aidiyyatı qurumlarla əlaqələr yaradılır və bu istiqamətdə işlər davam etdirilir.

Anar Hüseynov Xeberler.az-a bildirib ki, ən qısa zamanda “Elektron lisenziya” portalının istifadəyə verilməsi nəzərdə tutulub.

 

Mirvari Nəcəf


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə