Previous Next
Bağla

Elektron siqaretin ziyanı adi siqaretdən az deyil

24-05-2023 14:30
Elektron siqaretin ziyanı adi siqaretdən az deyil

Siqaretin zərərlərindən nə qədər danışılsa da, məsələ həmişə aktual olaraq qalır. Təəssüf ki, bir bəladan qurtulmaq istəyərkən başqasına düçar oluruq. Məsələn, müasir dövrdə əsasən gənc və orta nəslin maraq göstərdiyi elektron siqaretləri çoxları xilas yolu seçsə də, əslində elektron siqaret də sağlamlıq üçün zərərlidir. Hərçənd bəziləri bunun tam əksini iddia edir. Mütəxəssislərin fikrincə, elektron siqaret ziyanına görə adi siqaretdən heç də fərqlənmir.

AZƏRTAC xəbər verir ki, həkim-kardioloq Emin Hacıbalayev deyib: “Elektron siqaretin tüstüsünün tərkibində kanserogen maddələr var: Həmin siqaretlərdə nikotin maye şəklində olur, maye qızdırılır və bu zaman onu çəkən tütün tüstüsü ilə deyil, tütün buxarı ilə nəfəs alır. Nəticədə nikotin insan orqanizminə daha tez sorulur və müxtəlif xəstəliklərə aparıb çıxarır. Ona görə də elektron siqaretin ziyanları adi siqaretdən heç də az deyil. Nikotin ürək-damar sisteminə ziyanlı təsir göstərir. Konserogen tərkibli olması onkoloji xəstəliklərə səbəb olur. Ona görə də guya onun daha az ziyanlı olması barədə deyilənlər həqiqəti əks etdirmir”.

Narahatedici məsələlərdən biri də odur ki, həmin siqaretlər xanımlar və yeniyetmə qızlar arasında daha da populyarlaşır. Bu isə inkişafda olan orqanizmə və hüceyrələrə zərərli təsir edir.

Həkim-ginekoloq Gülnar Nuriyeva elektron siqaretin qadın orqanizminə xüsusilə mənfi təsir göstərdiyini bildirib: “Tütünün tərkibindəki konserogen və zərərli kimyəvi maddələr reproduktiv sağlamlığa, döl əmələgəlmə funksiyasına çox böyük ziyan vurur. Belə yanlış fikir var ki, elektron siqaretin zərəri daha azdır və bəzən hətta adi siqareti tərgitmək üçün elektron siqaretdən istifadə edirlər. Elektron siqaret ağciyər, mədə, dəri və digər orqanlara olan ümumi zərərindən başqa ana olmaq istəyən və hamilə qadınların sağlamlığına, dölə çox zərərli təsir göstərir”.

Həmin zərərli vərdişdən azad olmağın müxtəlif yolları var. Psixoloji dəstək siqareti tərgitmək üçün təsirlidir. Təhsil müəssisələrində yeniyetmələrə siqaretin sağlamlığa mənfi təsiri barədə məlumat verilməlidir. Çünki hər il minlərlə insan bu zərərli vərdiş nəticəsində yaranan müxtəlif xəstəliklərdən sağlamlığını və hətta həyatını itirir.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Argentinada elektron siqaretlərin satışına başlanılıb

14-10-2009

Yeni Microsoft sistemi siqaret çəkənləri aşkarlayacaq

29-09-2018

Siqaretin USB-si də olurmuş!!!

03-04-2009

Yaponiyada siqareti kimə satacağına xüsusi cihaz qərar verəcək

31-03-2009

Luminiset lampaları: sərfəli qənaət, yoxsa həyati təhlükə?

13-10-2009

2030-cu ilədək elektron tullantıların həcmi iki dəfə arta bilər

04-07-2020

Azərbaycanda ölkədaxili elektron ticarətin həcmi 80 faiz artıb

24-11-2025

Uşaqlar üçün virtual BƏLA: Nazirlik monitorinq qrupu yaratmalıdır

08-05-2019

1,4 milyona yaxın zərərli elektron poçt bloklanıb

03-07-2025

Mobil operatorların antenləri sağlamlığa zərərlidirmi?

18-01-2021

XRİTDX: 3 milyona yaxın zərərli elektron poçt bloklanıb

08-10-2025

Reklam fırıldaqçılıq şirkətləri hər il bir milyard dollar ziyan vurur

28-07-2015

Dövlət qurumlarına göndərilən 2 milyondan çox zərərli elektron poçt blok edilib

31-10-2023

Evdə və işdə wi-fi istifadə edənlərin nəzərinə!

17-01-2015

"Uşaqların zərərli informasiyadan qorunması haqqında" qanuna dəyişiklik ediləcək

18-12-2025

ETX zərərli proqram təminatının göstəricilərini müəyyən edib

21-11-2025

Rəqəmsal asılılıq fiziki və ruhi sağlamlığa mənfi təsir edir

05-10-2024

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı 40 faiz azalıb

05-11-2025

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı noyabrda azalıb

03-12-2025

Dövlət qurumlarını hədəf alan 708 minə yaxın zərərli elektron poçt bloklanıb

04-04-2025

Dövlət qurumlarını hədəf alan zərərli elektron poçt sayı 3 dəfə artıb

06-10-2025

Azərbaycanda bloklanan zərərli keçidlərin sayı azalıb

06-10-2025

Vəkillər Kollegiyasının sədri: Ölkəmizdə elektron istintaq sisteminin tətbiqinin vaxtıdır

28-02-2024

Radarla qeydə alınan qayda pozuntusu dərhal elektron formada açıqlanmalıdır

12-01-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə