Previous Next
Bağla

Əli Abbasov: “Biz “aznet”də tam azadlıq yaratmışıq”

16-02-2011 23:28
Əli  Abbasov: “Biz “aznet”də tam azadlıq yaratmışıq”

Xebər verdiyimiz kimi Rabitə və informasiya texnologiyaları naziri Əli Abbasov "RBK daily" qəzetinə müsahibə verib. Azərbaycanın ən müstəqil İKT portalı olan Xeberler.az müsahibəni olduğu kimi təqdim edir.

- Cənab nazir, Azərbaycanda informasiya və rabitə texnologiyalarının  inkişaf səviyyəsini necə qiymətləndirdiniz?

- Azərbaycanda İKT-in sektoru İlham Əliyevin prezidentliyi  dövründə coşqun inkişaf dövrünü yaşamağa başladı. Cenevrədə 2003-cü ildə, informasiya cəmiyyətinin problemlərinə həsr edilmiş ümumdünya sammitdə çıxış edərkən  prezidentimiz, Azərbaycanın əsas məqsədinin insan kapitalını \"qara qızıla\" çevirmək olduğunu söyləmişdi. Bu mənada informasiya texnologiyaları bu gün aparıcı rollardan birini oynayır. Azərbaycanda İKT sektorun indiki vəziyyətdə həcminə görə ikinci yeri tutur. Ancaq,  dinamiklik və inkişafın sabitliyi üzrə  bizim sektorumuz digərlərindən fərqli olaraq şübhəsiz liderdi. Azərbaycanda bu sahə 2003-cü ildən 30-32%  orta illik artım sürəti ilə yadda qalıb. 2009-cu il yəni  böhran ilindən başqa, dinamik inkişaf  13%-ə qədər azaldı. Son yeddi ildə Azərbaycandakı İKT sektoru böyüdü və bu gün bu sahədə  təxminən 1,5 milyarda yaxın  pul dövriyyə edir.

- Azərbaycanda 100 sakindən  100-də də telefon var . Buna baxmayaraq fərdi kompüterlərin sayı 15-dir. Bir qədər də sahənin vəziyyətinə əks etdirən rəqəmləri səsləndirərdiniz.

- 2010-cu ildə biz mobil əlaqənin səviyyəsinin 100% inkişafına nail olduq. Biz 2008-ci ildən elan etmişdik ki, respublikanın bütün ərazisində stasionar telefon bağlantısı var, yəni ilk dəfə postsovet məkanında praktik olaraq bütün məntəqələr stasionar telefon bağlantısıyla təmin edildi. Son məlumatlara görə, təxminən 50% respublika sakini İnternet istifadəçisidir. 2010-cu ilin oktyabr ayında bizdə İnternetə genişzolaqlı girişin səviyyəsi  12% təşkil etdi.

- Dövlət  hər il İKT sektorunun inkişafına nə qədər sərmayə qoyur?

- Büdcədən ildə 60 milyon dollar ayrılır. Bütovlüklə sektor üzrə  investisiyaların orta illik həcmi 300 milyon dollar təşkil edir. Sektora son beş il ərzində 1,5 milyarddan çox sərmayə qoyulub. Bütovlüklə, mənim fikrimcə, sahənin inkişafı ümumi strategiyaya uyğundur. Bizim də ən əsas məqsədimiz 2009-cu ilə qədər bu inkişafı artırmaq və bu sektoru aparıcı sektorlardan birinə çevriltmək idi və  bu da alındı. İndi isə, 2013-cü ilə qədər Azərbaycanda İKT sektorunu  inkişaf etmiş ölkələrin İKT sektoru səviyyəsinə qaldırmaq planlarımız var. Davosskoqos İqtisadi Formunun məlumatına görə, artıq üçüncü ildir ki, ardıcıl olaraq  Azərbaycan İKT sektorunun dinami inkişafına görə MDB ölkələri arasında liderlik edir.

- Rusiya prezidenti  Dmitri Medvedev informasiya texnologiyalarının sektorunun VVP -də 3-3,5% olmasını bildirirdi.  Azərbaycanda bu hədd artıq götürülmüşdür. Gələcəyə hansı hədəfləriniz var?

- Bizim əsas məqsədimiz 2020-2025 ci illərə qədər İKT sektorundan gələn gəlirin neft sektorundan gələn gəliri keçməsinə nail olmaqdır. Biz bu sektoru iqtisadiyyatın lokomotivinə çevirməyi planlaşdırırıq.

Siz oriyentir kimi hər hansı modeli götürürsünüzmü? Məsələn, Sinqapur və ya Cənubi Koreya…

- Hər hadisə unikaldır. Biz respublikanın xüsusiyyətlərini nəzərə alaraq qeyri-neft sektorunun inkişafına çalışırıq və, əlbəttə, bunu dünya təcrübəsini diqqətə alaraq həyata keçiririk. Bizim nazirliyimiz üçün işin əsas istiqamətləri müasir infrastrukturun tikintisi, IT-  sektorunun inkişafı (şirkətlər, internet-layihələr, yüksəktexnologiyalı qurğuların istehsalları və s.), həmçinin iqtisadiyyatın bütün başqa sahələrinə IT-texnologiyaların inkişafında  iqtisadi effektin gücləndirməsi durur. Buna görə də elektron hökumət yaradılır, əhaliyə verilən elektron xidmətlər inkişaf etdirilir.  Biz hazırda görülən bu islahatları davam etdirməliyik. Bazarın sonrakı liberallaşdırmasını keçirmək, dövlət telekommunikasiya şirkətlərinin özəlləşdirilməsini qurtarmaq. Bu istiqamətdə müəyyən addımlar atmışıq. Fəaliyyətin bir çox növlərinin lisenziyalaşdırması sistemi sadələşdi və nəticədə -  son beş ildə təxminən 500 yeni IT-şirkət bazara daxil oldu.  Bu Azərbaycan üçün uğurdur. Bir çox xarici IT-şirkətlərinin artıq bizdə nümayəndəlikləri fəaliyyət göstərir.

- Özəlləşdirmələr  üçün daha nələr qalıb?

- Yalnız sabit telefon operatorları. Bu \"Aztelekom\" şirkəti və \"Baktelekom\"dur. Artıq 2011-ci ildə Açıq Səhmdar Cəmiyyət yaradılacaq və 2012-ci ildən biz səhmləri bazara çıxaracağıq. Sərmayəçilər ciddi və məsuliyyətli olmalıdırlar.

- Siz strateji investorları axtarırsınız yoxsa  \"xalq\" IPO-u(qiymətli kagizlarin satilmasini) keçirəcəksiniz?

- Sərmayəçilər perspektivdə şəbəkə və xidmətlərin səviyyəsini bütün ölkə ərazisində eyni səviyyədə inkişaf etdirməli, hər hansı regionu, xüsusilə kənd yerlərini kənarda qoymamalıdırlar.

- Rusiyalılar da həmçinin?

- Artıq bununla maraqlanan çoxlu sayda şirkətlər var. Rusiya şirkətləri də bu sıradadır

- Təxminən “Aztelekomun” dəyəri nə qədərdi?

- Hələlik dəqiq demək çətindir, amma düşünürəm ki, 1 milyarddan az olmaz.

Azərbaycanda bizim Skolkovo-muz tipinin sənaye zonaları varmı?

- Biz bir qədər başqa yol üzrə getməyə qərar verdik. \"Virtual zona\" layihəsi bizdə artıq mövcuddur. Azərbaycan  kiçik ölkədir, buna görə də biz düşünürük ki, \"makrotexnoparkom\"la  bütün respublikanı təmin etmək mümkündür.  Vergi, gömrük güzəştləri, ucuz kreditlər, bütün lazımlı infrastruktur  İKT sahəsindəki  biznesin idarə edilməsini yüngülləşdirməli olacaq. Bizim hədəfimiz  Azərbaycanın ixracat potensialının genişlənməsidir.Buna görə də,  xarici şirkətləri cəlb etməliyik ki, onlar regional ofislərini və nümayəndəliklər bizim ölkədə açsınlar. Hewlett-Packard, Microsoft, Intel, Ericsson, Siemens, Alcatel — bütün bu firmalar artıq burada işləyir. Və çoxları hələ səbirsizliklə güzəştlərin olmasını  gözləyirlər. İndi biz onlar üçün rahat mühit hazırlayırıq.

- Nə vaxta qədər onlar gözləyəcəklər?

- Düzünü desək, bu hələ dünən olmalı idi. Ümid edirik ki, 2011-ci ildə layihəni buraxmağı bacaracaq.

Hansısa bir Azərbaycan texnologiya nou-hausu varmı ki, dünyanı fəth etsin?

Biz elmi nailiyyətlərin kommersiyalaşmasına imkan yaradan əlverişli mühitin formalaşması üçün çalışırıq. Məsələn, bizdə artıq \"maşın\" tərcüməsinin sistemi və dünyada ilk telefon-tərcüməçi yaradılmışdır. Tutaq ki, biz telefonla danışırıq, mən azərbaycanca bir söz deyirəm  və siz həmin sözün ingiliscə tərcüməsini eşidirsiniz. Texnikanın bu möcüzəsi 2009-cu ildə Cenevrədəki illik sərgidə "Bakutel-2010" nümayiş etdirmişdi. Bu layihə kütləvi istehsala hazırlanır. Bundan başqa 2010-cu ildə bizim istehsalçılarımız korlar üçün kompyuterin demo-variantını təqdim etdilər. Üstəlik bu kompüterlərin dəyəri 200 dollardı.

- Azərbaycanda investisiyanın fondu varmı?

- Bu günlük belə fondlarin rolunu müəyyən dərəcədə sahibkarlığın və prezident yanında elmin İnkişaf fondu yerinə yetirir.  Gələcəkdə bu hədəflər üçün uyğun agentliyin  yaradılması planlaşdırılır.

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Azərbaycanda bütün ATS-lərin elektronlaşdırılması bu il başa çatacaq

Azərbaycanda bütün ATS-lərin elektronlaşdırılması bu il başa çatacaq

14-12-2010
Əli Abbasov yüksəksürətli genişzolaqlı interneti təmin edəcək 103 milyonluq  layihədən danışdı

Əli Abbasov yüksəksürətli genişzolaqlı interneti təmin edəcək 103 milyonluq layihədən danışdı

16-01-2013
 Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının 5 faizini təşkil edir

Azərbaycanda genişzolaqlı internetin dəyəri orta aylıq əməkhaqqının 5 faizini təşkil edir

11-10-2011
Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

Əli Abbasov: Ötən il Azərbaycanın informasiya kommunikasiya texnologiyaları sektoru üzrə artım tempi 35,5 faiz olub

23-01-2011
Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

Azərbaycanda 10 ildən sonra İKT sektorunun gəlirləri neft gəlirlərinin səviyyəsinə çatacaq

24-12-2008
Azərbaycanın internet-resursları və virtual məkanının həcmi 20 dəfə artıb

Azərbaycanın internet-resursları və virtual məkanının həcmi 20 dəfə artıb

24-12-2008
İKT neft sektorundan sonra ən iri vergiödəyici sahədir

İKT neft sektorundan sonra ən iri vergiödəyici sahədir

25-12-2008
Nazir Əli Abbasov: «Azərbaycanın istənilən yaşayış məntəqəsinə istənilən keyfiyyətdə və sürətdə internet verilə bilər»

Nazir Əli Abbasov: «Azərbaycanın istənilən yaşayış məntəqəsinə istənilən keyfiyyətdə və sürətdə internet verilə bilər»

14-12-2010
Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

Osman Gündüz: İKT bazarında o zaman uğur əldə etmək olar ki, burada azad rəqabət olsun

31-03-2013
Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

Əli Abbasov : “2020-2025-ci illərə kimi ölkənin İKT sektorunun gəlirləri neft gəlirlərini üstələyəcək”

23-12-2010
Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

Azərbaycan əhalisinin yarısı internetdən istifadə edir

24-12-2010
İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

İnformasiya Texnologiyalarının İnkişafı Dövlət Fondu tezliklə fəaliyyətə başlayacaq

08-04-2013
İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

İlham Əliyev: İKT növbəti illər üçün prioritet olmalıdır

29-05-2012
Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

Regional İnnovasiya Zonaların yaradılması barədə layihənin icrasına başlanacaq

14-10-2009
Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

Azərbaycanda rabitə müəssisələrinin özəlləşdirilməsinə hazırlıq gedir

22-01-2011
Saytımızın təbriki!!!

Saytımızın təbriki!!!

31-12-2008
Azərbaycanda texnoparkların iştirakçıları üçün güzəştli şərtlər tədbiq edir

Azərbaycanda texnoparkların iştirakçıları üçün güzəştli şərtlər tədbiq edir

10-04-2013
Nazir İKT sektorundakı son göstəricini açıqladı

Nazir İKT sektorundakı son göstəricini açıqladı

24-12-2014
2020-ci ilə qədər elektron xidmətdən əhalinin 80 faizi istifadə edə biləcək

2020-ci ilə qədər elektron xidmətdən əhalinin 80 faizi istifadə edə biləcək

09-12-2012
Azərbaycanda şəbəkə hazırlığı indeksi yüksələcək

Azərbaycanda şəbəkə hazırlığı indeksi yüksələcək

01-07-2011
Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

Ümumdünya İqtisadi Forumunun reytinqində Azərbaycan İKT göstəriciləri xeyli yüksəlib

05-09-2013
Dövlət Fondu: 2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

Dövlət Fondu: 2020-ci ilədək Azərbaycan ÜDM-də İKT sektorunun payı 9 faizə çatacaq

14-03-2014
Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

Azərbaycan “Qlobal informasiya texnologiyaları hesabatı 2014"-də 7 pillə irəliləyib

24-04-2014
Nazir Əli Abbasov: «Azərbaycan internet-iqtisadiyyat qurmaq niyyətindədir»

Nazir Əli Abbasov: «Azərbaycan internet-iqtisadiyyat qurmaq niyyətindədir»

25-12-2010





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə