“Elmi fəaliyyətimiz Google Scholar və Vikipediya-da əks olunmalıdır”

22-09-2015 / 20:06

AMEA İnformasiya Texnologiyaları İnstitutu əməkdaşlarının elmi fəaliyyətinin Google Scholar (elmi nəşrlərin tam mətnləri üzrə axtarış sistemi) və Vikipediyada əks olunması qaydalarına həsr olunmuş məruzə dinlənilib.

Bu haqda Xeberler.az-a  institutun sektor müdiri, texnika üzrə fəlsəfə doktoru Nigar İsmayılova  təqdimatla çıxış edib. 

Sektor müdiri elmi fəaliyyətin Google Scholar və Vikipediya-da əks olunmasının müasir dövrün tələblərindən biri olduğunu bildirib.

Nigar İsmayılova məlumatlar daxil edilərkən yol verilən yanlışlıqlardan, onların həlli yollarından danışıb. Axtarış sistemindəki məlumatlara əsasən institut əməkdaşlarının əsərlərinə olan istinadlar və onların H-indeksi haqqında statistik məlumatları diqqətə çatdırıb.

Fəlsəfə doktoru Vikipediya-da əməkdaşların biblioqrafiyalarının tam əks olunmasının zəruriliyini qeyd edib.

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə