Ağıllı telefon bazarında ən yaxşı kamerası olan smartfon açıqlanıb.
Xeberler.az xarici mediaya istinadən məlumat verir ki, telefonların foto və video keyfiyyətini ölçən Dxomark növbəti hesabatı yayımlayıb.
Xatırladaq ki, Dxomark-ın əvvəllər 98 bal verərək Google Pixel 2-in ən yaxşı smartfon kamerasına sahib olduğunu açıqlamışdı.
Bu dəfə eyni testlər Galaxy S9 üçün edilib və smartfonun kamerası 99 bal toplayaraq zirvəyə qalxıb.
DxOMark komandası Galaxy S9-un dinamik diapazonuna və sürətli ikili sensoruna xüsusi diqqət çəkib.
Belə ki, smartfonun ilk özəlliyi kimi hətta aşağı işıq mühitində canlı fotoşəkil çəkməyi qeyd edilib.
İkinci özəllik kimi isə telefon eyni anda 12 kadr götürərək bunları bir fotoda birləşdirdiyi vurğulanıb.
Sınaqlarda Galaxy S9-un şəkil çəkmək xüsusiyyəti 104 bal, videokamera isə 91 bal olaraq dəyərləndirilib.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri