“Silah istehsalı sahəsində milli kadrların hazırlanmasına diqqət artırılır”.
Xeberler.az-ın məlumatına görə, bu barədə “Multimedia” İnformasiya Sistemləri və Texnologiyaları Mərkəzinin rəhbəri Osman Gündüz bildirib:
“Azərbaycan Texniki Universiteti (AzTU) ölkədə müdafiə sənayesi sahəsi üzrə kadr hazırlayan yeganə universitetdir. Burada Mudafiə Sənayesi Nazirliyinin sifarişi ilə Xüsusi texnika və texnologiya fakültəsi fəaliyyət göstərir.
Fakültənin yuxarı kurs tələbələri Müdafiə Sənayesi kompleksinin və Müdafiə Nazirliyinin müəssisələrində istehsalat təcrübəsinə cəlb edilir.
10 yaşı olan bu fakültədə sahə üzrə bir neçə hərbi yönümlü ixtisaslar mövcuddur: Silah və silah sistemlərinin istehsal texnologiyası mühəndisliyi, Optotexnika və pirotexniki vasitələrin texnologiyası, Çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, İstismarı və təmiri, Kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı”.
Osman Gündüz bildirir ki, bu günlərdə AzTU Elmi Şurasında bu fakültədə yüksək ixtisaslı hərbi mühəndislərin hazırlanmasının təkmilləşdirilməsi müzakirə olunub:
“Müdafiə Sənayesi Nazirliyinin tələbləri nəzərə alınaraq tədris prosesini gücləndirmək və əmək bazarının tələblərinə uyğunlaşdırmaq istiqamətində yeni addımlar müəyyən olunub.
Yeni qurumların - kafedralar və mərkəzlərin yaradılması qərara alınıb.
Fakültədə "Xüsusi təyinatlı materiallar və vasitələr” və “Radioelektron və aerokosmik vasitələr” kafedraları yaradılıb.
AzTU-da həmçinin “İnnovasiya və Məşğulluq Mərkəzi”nin yaradılması qərara alınıb”.
Ekspert qeyd edir ki, təhsil müəssisəsində, eyni zamanda dron operatorları və mühəndislərinin hazırlanması istiqamətində işlər görülür:
“Düşünürəm ki, bu yanaşmalar gələcəkdə yüksək ixtisaslı hərbi mühəndislərin hazırlanmasına çox müsbət təsir göstərəcək. Proqnozlaşdırmaq olar ki, yaxın illərdə ölkəmizdə hərbi - rəqəmsal yönümlü mühəndislərə, dron operatorlarına maraq və tələbat xeyli artacaq. Rəqəmsal - hərbi yönümlü yeni ixtisaslara tələbat yaranacaq. Bu baxımdan, AzTU Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin müvafiq təhsil müəssisələri ilə əməkdaşlığı, təcrübə mübadiləsini gücləndirməyi, tədris prosesinə peşəkar və təcrübəli kadrların cəlb edilməsini nəzərdə tutub”.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri