“Facebook” 6 milyon cərimə ödəyəcək

25-11-2020 / 21:13

Cənubi Koreyanın Şəxsi Məlumatları Qoruma Komissiyası ABŞ-ın “Facebook” şirkətini məxfilik qaydalarını pozduğuna görə 6 milyon ABŞ dolları məbləğində cərimələyib.

Xeberler.az məlumat verir ki, bu barədə “Yonhap” agentliyi məlumat yayıb.

Bildirilib ki, “Facebook” ölkənin fərdi məlumat qanununu pozub və 2012-ci ilin mayından 2018-ci ilin iyun ayına qədər istifadəçilərin razılığı olmadan azı 3,3 milyon insanın şəxsi məlumatlarını digər şirkətlərə ötürüb.

Komissiyanın əldə etdiyi məlumatlara əsasən, üçüncü tərəfə ötürülən şəxsi məlumatlar arasında istifadəçi adları, ünvanları, doğum tarixi, iş təcrübəsi, doğulduğu şəhər və ailə vəziyyəti haqqında məlumatlar var. Ötürülən məlumatların dəqiq həcmi məlum deyil, çünki “Facebook” müvafiq sənədləri təqdim etməyib. Komissiya “Facebook”un hərəkətləri ilə bağlı cinayət istintaqının aparılması məqsədilə prokurorluğa müraciət edib.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə