Facebook istifadəçiləri bu testi etsin

05-02-2011 / 09:24

Mütəxəssislər Facebookda 6 cür istifadəçi növü olduğunu qeyd ediblər.
 
İngiltərədə 2 min adam üzərində keçirilmiş araşdırma nəticəsində 40 yaşından artıq olan qadınların Facebookdakı dostlarının sayının uşaqlarının dostlarının sayından daha çox olduğu bəlli olmuşdur. Mütəxəssislər Facebookda 6 cür istifadəçi növü olduğunu qeyd edirlər. Bəs siz hansı qrupa aidsiniz? Fakto.info sizə bu suala cavab tapmaqda kömək edəcək. Elə isə testə başlayaq...

Verdiyiniz cavabların qarşısındakı ədədləri toplamaqla aid olduğunuz qrupu təyin edə bilərsiniz:

a) Facebookdakı dostlarınızın sayı:
1. 50-dən az
2. 50-200
3. 200-400
4. 400-800
5. 800-dən artıq

b) Facebookda profil şəklinizə adətən kimin və ya nəyin şəklini qoyursunuz?:
1. Özümün və ailəmin
2. Yalnız özümün
3. Bəyəndiyim adamın
4. Hər hansı bir emblem və ya loqonun
5. Mələkin, təbiətin və yaxud da hər hansı bir heyvanın

c) Facebooka hansı vaxtlarda və ya neçə dəfə daxil olursunuz?:
1. Hərdənbir
2. Blackberry / iPhone-dan istifadə etdiyim üçün hər vaxt
3. Hər gün
4. Gecə gec saatlarda
5. Bazarertəsindən cümə gününə kimi (yəni iş vaxtı)

d) Facebook hansı səhifələri ziyarət edirsiniz?:
1. Yalnız yaxınlarımın
2. Heç kimin
3. İlk dostum olan şəxslərin
4. Bacaqdıqca çox adamın

e) Fotoşəkillərdə dostlarımı nişanlayıram (tag) :
1. Heç bir zaman
2. Nadir hallarda
3. Tez-tez

f) Dostlarımın divarındakıları paylaşıram:
1. Heç bir zaman
2. Tez-tez
3. Yalnız gülməli olduğu halda
4. Maraqlandığım bir şey olarsa
5. Müsbət cavab yazarsa

g) Facebookda oynadığım oyun:
1. CityVille
2. Maraqlanmıram
3. Oynamağa vaxtım yoxdur
4. Mafiya Döyüşləri
5. FarmVille
6. Texax Hold'Em poker
7. Hamısını oynayıram
8. Dostlarıma hədiyyə göndərirəm

h) Ümumiyyətlə Facebookdakı divarımda paylaşıram:
1. Ailə fotoşəkillərimi
2. Həyatda nə edirəmsə dərhal telefonumdan paylaşdığım şəkilləri
3. İşdə olarkən etdiklərimi
4. Qucaqlamaları, hədiyyələri, musiqini
5. Gülməli şəkillər, musiqi, bir də həmin anda nə olarsa onu
6. Maraqlı tapdığım hekayələrin linklərini (saytları)


Nəticə:

Facebookdan aşağıdakı məqsədlə istifadə edirsiniz:

CAVABLARINIZ:

8-15 arasındadırsa: dostlar və ailəniz üçün
15-20 arasındadırsa: Reklamınızı etmək üçün
20-25 arasındadırsa: İş üçün
25-30 arasındadırsa: Eşq üçün
30-dan yuxarıdırsa : dostlarınızın nə etdiyini görmək və ya kampaniyalara dəstək vermək üçün

mənbə: fakto.info


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə