Facebookun durmadan populyarlaşması, həyatımızın bir parçasına çevrilməsi vəkillərin də diqqətini cəlb edib. Bilindiyi kimi, insanlar həyatlarıyla bağlı bir çox məlumatı Facebookda paylaşırlar. Bu paylaşmanın mənfi və müsbət cəhətləri var. Facebook ailədə münasibətlərinin pozulmasına zəmin yaradır. Onlardan bəzilərini sizə çatdırırıq.
1. İngiltərədə qısqanc ər, sosial İnternet saytı Facebookdakı ailə vəziyyətini subay göstərən arvadını öldürdüyü üçün ömür boyu həbsə məhkum olunub.
34 yaşındakı yük maşını sürücüsü Wayne Forrester həyat yoldaşıyla 15 illik bərabərliyi bitirməyə qərar verərək evdən ayrılıb. Evdən ayrıldıqdan sonra 4 gün içində yoldaşı Emmanın Facebookdakı profilinə “yeni kişilərlə tanış olmaq istədiyini” bildirən mesaj yazması və ailə vəziyyətini subay olaraq göstərməsində özünü alçalmış hiss edən ər, arvadını yatarkən bıçaqla öldürdü. Hadisə keçən ilin oktyabr ayında baş verib.
Forrester polisə verdiyi ifadəsində arvadının Facebookda yazdıqlarını görüncə ana və atasına zəng edərək qızlarının özünü “bir axmaq yerinə qoyduğunu” dediyini bildirib. Londonun cənubundakı Kroydondan olan Forrester telefon zəngindən sonra polisə təslim olaraq arvadını necə öldürdüyünü danışıb.
Hakim Brian Barker Forrestin bu hərəkətində haqlı yön bulmadığını bildirərək, bunun tragedik cinayət olduğunu bildirib. Hakim qısqanc əri 14 ildən az olmamaq şərtilə, ömür boyu həbsə məhkum etdi.
2. Qızını Facebookda tanış olduğu bir oğlanla internetdə yazışarkən yaxalayan ata onu öncə döydü, sonra silahla vuraraq öldürüb.
İşin maraqlı tərəfi ondadır ki, bu hadisə keçən ilin avqustunda baş versə də, üstü örtülüb. Hadisə mətbuata bu tip saytların ən böyük müxalifi olan İmam Əli əl Malikin bir müsahibəsində misal olaraq göstərməsiylə aşkarlandı.
Əl Maliki Facebook və buna bənzər saytların qadınların şəhvətinə açılan bir qapı olduğunu və kişilərin yemədən-içmədən vaxtlarını cib telefonu və internetə ayırmasına yol açdığını iddia edir.
Rəqəmlərə baxılarsa, Facebook saytının Səudiyyə Ərəbistandan 30 mindən çox istifadəçisi var. İstifadəçilərin bir çoxu bu tip reaksiyalardan qorxaraq profil şəkli olaraq ya rəsm, ya da saxta şəkillərdən istifadə edirlər.
Subay qızların təkbaşına küçəyə çıxmasının, sevgili sahibi olmasının qadağan olduğu bu ölkədə bu tip saytlar olduqca marağa səbəb olub. Səudilərin ən böyük qorxusu isə hökumətin bu saytlara qadağa qoymasıdır.
ABŞ-dan sonra Facebookda ikinci ən çox istifadəçisi olan Britaniyada isə Facebook və bu kimi saytlara uşaqların girişini qadağan etmək üçün işlər aparılır.
3. Türkiyədə həyat yoldaşının Facebookdakı ünvanına bir işadamının mesaj yazması və mesajın sonunda gülmə işarəsi ( :-) ) qoyması vəkil olan əri hirsləndirib. Vəkil 2007-ci il 16 dekabr tarixində yoldaşının ünvanına B.K. tərəfindən gələn “Bu saytda yalnız uşaqlıq dostlarımızla danışmalıyıq?” yazılı mesajı görən ər mesaja hiddətlənərək, “Bəli, uşaqlıq dostlarınla danışacaqsan. Təbii ki, uşaqlıq dostun varsa! Bir texnologiya nümunəsini başqalarına sataşmaq üçün istifadə etməyin! Mənim kim olduğumla maraqlanırsansa, deyim ki, ağılsız mesajlar yazdığın qadının əriyəm. Mesaj yazdıqlarının evli olub-olmadığına diqqət et” yazaraq cavab göndərib. Qarşı tərəf isə özünün pis bir niyyəti olmadığını bildirərək, məhkəməyə müraciət edib.
Polisə ifadə verən vəkil ər: “Hərəkətimdən peşmanlıq duyuram. O insanı tanımıram. O anki hirslə mesajına cavab yazmışam. Onu təhqir etmək niyyətim yox idi” desə də, məhkəmə işi davam edir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri