“Facebook” itən uşaqları tapacaq

20-01-2015 / 11:49

Facebook” şirkəti itkin düşmüş uşaqların axtarışı ilə məşğul olan "National Center for Missing and Exploited Children” təşkilatı ilə saziş imzalayıb.

Xeberler.az adalet.az-a istinadən xəbər verir ki, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə istinadən məlumatına görə, saziş çərçivəsində şirkət axtarışda olan uşağın itkin düşdüyü ərazilərdə yaşayan və ya işləyən istifadəçilərin hesablarında həmin uşaqlar haqqında bildirişlər (AMBER Alerts) göstərəcək.

"AMBER Alerts” uşağın fotoşəkilinin, onun əlamətlərinin, hansı vəziyyətdə itkin düşməsi ilə bağlı qısa təsvirin, eləcə də ətraflı məlumat üçün linkin daxil olduğu bildirişdir.

"Facebook”da yüz milyonlarla istifadəçinin qeydiyyatdan keçməsini nəzərə alsaq, itkin düşmə haqqında bildirişin göstərilməsi faydalı ola bilər. "AMBER Alerts” əvvəlcə yalnız ABŞ sakinləri üçün nümayiş olunacaq, lakin gələcəkdə proqramın digər regionları da əhatə edəcəyi gözlənilir.  

Bundan əvvəl "AMBER Alerts” proqramı "Facebook”da işləsə də, ayrıca ümumi səhifə olmayıb.

Hazırda isə sosial şəbəkə itkin düşən uşaqlar haqqında bildirişlərin göndərilməsi prosesini avtomatlaşdırıb və bu addımın səmərəliyini artıq yaxın vaxtlarda qiymətləndirmək mümkün olacaq.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə