“Facebook”-un rəqibi "Google"-nin 100 milyon dollar təklifini rədd etdi

04-02-2011 / 22:32

Sosial şəbəkə “path.com”-un qurucusu Dave Morin, Google-nin etdiyi 100 milyon dollarlıq təklifi rədd edib.

Dave Morin  daha əvvəl “Facebook”-da idarəçi olsa da oradan ayrılaraq, öz sosial şəbəkəsini yaradıb. Google, gələcəkdə “Facebook” kimi məşhur ola biləcəyi düşünülən bu sayta 100 milyon dollar təklif edib. 31 yaşlı Morin bu təklifdən imtina edib.  O, yaratdığı şirkəti öz gücünə böyütmək istədiyini bildirib.

Google bu təklifi etdiyi zaman Morinin heç pulu olmadığı deyilir. Buna baxmayaraq o, bu təklifin yerinə  “Kleiner Perkins” adlı fonddan 8.5 milyon dollarlıq sərmayə götürməyə qərar verib. 

Qeyd edək ki, "Path" “Facebook”-dan fərqli olaraq dost siyahısını 50 nəfərlə məhdudlaşdırır, üzvlərinin 20%-nin isə sayta hər gün daxil olduğu deyilir. “Facebook”un 500 milyon üzvünə qarşı "Path"ın yalnız bir neçə yüz min istifadəçisi var.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə