İranın rəsmi xəbər agentliklərindən olan “farsnews.com” agentliyi Azərbaycan Respublikasının bayrağın təhrif edib. ( http://www.farsnews.com/newstext.php?nn=8906301679 )
Sentyabrın 22-də adı çəkilən xəbər agentliyinin Qafqaz və Orta Asiya redaksiyası Azərbaycanın “Trend” agentliyinə istinadən xəbər yayıb. Xəbər Azərbaycan Respublikasının Tehrandakı səfiri Cavanşır Axundovun Cənub-Şimal dəmir yolunun çəkilişinin iqtisadi əhəmiyyəti haqqındakı fikirlərin əks etdirib.
Xəbərə əlavə olunmuş şəkildə isə Azərbaycan bayrağı yerinə Güney Azərbaycan qurumlarından birinin simvolu yerləşdirilib və Azərbaycan bayrağı kimi göstərilib.
Bu agentliyin dövlət agentliyi olduğunu, həmin qurumda peşəkar və rejimin bəlli orqanlarının süzcəgindən keçmiş kadrların çalışdığın nəzərə alsaq baş vermiş olayın texniki yanlışlıq olmadığı qənaətinə gəlmək daha məntiqi görünər.
Azərbaycan Respublikasının dövlət atributlarına qarşı Tehran rejiminin, rejimə bağlı çeşidli qurumların bu kimi əməllərinin, təhrif və təhqirlərinin dəfələrlə və müxtəlif səviyyələrdə şahidi olmuşuq. Bütün bunlar isə rejimin rəsmi xəbər agentliyinin son “əməli”nində məqsədyönlü olması danılmazdır.
Azərbaycan rəsmilərinin dəfələrlə baş verən bu tip təhqirlərə etiraz etməsinə baxmayaraq, hələ də, İran dövləti öz çırkin əməllərindən əl çəkmir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri