Previous Next
Bağla

Fermerlər məhsullarını onlayn sata biləcək-Yenilik

24-05-2016 12:33
Fermerlər məhsullarını onlayn sata biləcək-Yenilik

Məlum olduğu kimi, bu ilin aprelin 11-də Prezident İlham Əliyev “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması haqqında sərəncam imzalayıb.

Fərmanda Azərbaycanda ərzaq məhsullarının tədarükü və təchizatı ilə bağlı yeni sistemin yaradılması nəzərdə tutulub.

Məsələ ilə bağlı daha ətraflı Kənd Təsərrüfatı Nazirliyinin statistik təhlil şöbəsinin müdiri Firdovsi Fikrətov ilə söhbət etdik.

Firdovsi Fikrətov Xeberler.az-a bildirib ki, “Ərzaq məhsullarının tədarükü və təchizatı” Açıq Səhmdar Cəmiyyətinin yaradılması istiqamətində işlər davam edir.

Onun sözlərinə görə, ASC-nin yaradılması birbaşa kəndlərdə fermerlərin vəziyyətinin yaxşılaşdıracaq və  onların məhsullarının satış imkanlarının genişləndirəcək.

Nazirlik rəsmisi deyib ki, fermer məhsulları ilə bağlı yeni elektron sistem yaradılır və bununla da  həm satınalanlar, həm də məhsulunu təklif edənlər öz məlumatlarını “Elektron məlumat bazası”na yerləşdirəcək:

“Hazırda satılan şirkətlərin təlabatlarından ibarət məlumat bazası toplanır. Yəni,  fermerlərin məhsullarını almaq istəyənlər sistemdə öz tələbatlarını bildirir. Bununla da fermerlər həmin sistemə daxil olanda  satınalanların təlabatını görə bilir. Həmçinin fermerlər də öz təkliflərini sistemdə qeyd edə bilər”.

Firdovsi Fikrətov bu məhsulların onlayn satış və alış qiymətinin müəyyən olunmasına da aydınlıq gətirib:

“Sistemdə satış qiymətləri sərancamda qeyd edildiyi  kimi,  bazarda topdan satış qiymətlərindən aşağı olmadan təyin ediləcək. Bununla bağlı da biz İqtisadiyyat Nazirliyi ilə ildə 4 dəfə monitorinq aparmağı nəzərdə tutmuşuq. Məhsulların bazar qiyməti öyrəniləcək və ona uyğun olaraq sistemdə fermerlərin təklif etdikləri məhsullara qiymət qoyulacaq”.

Şöbə müdiri deyib ki, bu sistemdən daha çox yerli fermerlər bəhrələnəcək. Bütün bu fəaliyyətlər çox şəffaf bir formada həyata keçiriləcək:

 “Bunun da nəticəsində dövlət öz ərzaq ehtiyaclarını tam ödəyə biləcək. Əvvəllər büdcədən ayrılan vəsait hesabına bu işləri ayrı-ayrı təşkilatlar həyata keçirirdi. Artıq bizim öz fermerlər təbəqəmiz formalaşacaq. Onlar dövlət büdcəsindən ayrılan vəsait hesabına sifariş əsasında zəmanətli şəkildə istehsallarını quracaq”.

Şöbə müdirinin sözlərinə görə, ilkin mərhələ olaraq Kənd Təsərrüfatı Nazirliyinin nəzdində ASC-nin hüquqi təşkilati məsələlərini həll edən İşçi Qrupu yaradılıb və bu istiqamətdə Rabitə və  Yüksək  Texnologiyalar Nazirliyinin mütəxəssislərinin köməyindən də istifadə edilir:

 “Hazırda İşçi Qrupu ASC-nin bir qurum kimi formaşalması üçün fəaliyyət prosedurunun yaradılması ilə məşğuldurlar. Sərəncam əsasında ikinci İşçi Qrupu Rabitə və Yüksək Texnologiyalar Nazirliyininin əməkdaşları ilə birgə yaradılıb. Məlum olduğu kimi, Kənd Təsərrüfatı Nazirliyi ASC-nin fəaliyyəti üzrə bütün proseslər “Elektron məlumat bazası” üzərindən idarə edilməlidir. Hazırda həmin İşçi Qrupu “Elektron məlumat bazası”nın yaradılması işlərinin həyata keçirilməsi ilə məşğuldur. Bazanın yaradılması Azərbaycanda tətbiq olunan ilk alətdir. Burada dövlətin başlıca məqsədi yeni qurumun fəaliyyətindən yerli sahibkarların, fermerlərin məlumatlandırılması, onlar üçün yaradılan şəraitdən bəhrələnmələrini təşkil etməkdir”.

 

 Məltəm Talıbzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Yeni elektron portal təqdim edilib

10-11-2016

Nazirlik məhsulların qiymətini elektron formada açıqlayacaq

04-06-2015

İstehsalçılar, fermerlər və satıcıların elektron portala qeydiyyatı başlayıb

01-08-2025

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015

Nazirlik kənd təsərrüfatı ilə məşğuı olanlara onlayn satış imkanı yaradır

15-08-2023

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başlayıb

09-12-2015

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015

Fermerlər kompüter və smartfon vasitəsilə e-xidmətlərdən istifadə edə biləcək

27-11-2015

Kənd təsərrüfatı elektronlaşdırılır

04-08-2015

Qubada Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin tətbiqinə başlanılıb

22-02-2019

Bu günədək 20,566 fermer elektron qeydiyyatdan keçib

15-04-2019

37,500 fermer elektron qeydiyyatdan keçib

19-04-2019

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

12 700-ə yaxın fermer elektron qeydiyyatdan keçib

12-04-2019

Kənd təsərrüfatı məhsullarına nəzarət üçün elektron-informasiya bazası yaradılır

02-07-2015

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

Kənd təsərrüfatı da elektronlaşır

30-11-2015

“Elektron kənd təsərrüfatı” informasiya sistemi haqqında Əsasnamə”yə dəyişikliklər edilib

03-08-2020

“Elektron kənd təsərrüfatı” sistemi yaradılır

13-01-2015

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə