Previous Next
Bağla

Kənd təsərrüfatı məhsullarına nəzarət üçün elektron-informasiya bazası yaradılır

02-07-2015 22:16
Kənd təsərrüfatı məhsullarına nəzarət üçün elektron-informasiya bazası yaradılır

Ölkədə istehlak edilən ərzağın beşdə dörd hissəsini yerli istehsalçılar təmin edirlər. Bu nailiyyətlər BMT-nin və onun ərzaq və kənd təsərrüfatı məsələlərinə dair struktur bölməsinin - Azərbaycanı xüsusi mükafatına layiq görən FAO-nun diqqətindən kənarda qalmayıb.

Xeberler.az AZƏRTAC-a istinadən məlumat verir ki, bu barədə söhbət Azərbaycanın kənd təsərrüfatı naziri Heydər Əsədovun "Rossiyskaya qazeta" müsahibəsində gedib. H.Əsədov müsahibəsində torpaq islahatının yekunlarından və kənddə bazar islahatlarından söz açıb. Nazir dövlətin aqrar işçilərə dəstəyi ilə bağlı suala cavab verərək bildirib ki, kənd təsərrüfatının modernləşdirilməsi proseslərinə dövlət yardımının prioritet istiqaməti əvvəlki kimi yeni texnologiyaların sürətlə tətbiqi və fermerlərin texnika və mineral gübrələrlə tam təmin edilməsidir. Heyvandarlıqda məhsuldarlığın, məsələn, cins mal-qaranın payının artırılması yolu ilə yaxşılaşdırılmasına yönələn layihələrin maliyyələşdirilməsi və onlara texniki yardım göstərilməsi heç də az əhəmiyyət daşımır. İstehsalçıların elit toxum sortları ilə təmin edilməsi kənd təsərrüfatına dövlət dəstəyinin mühüm istiqaməti kimi nəzərdə tutulub. Bu məqsədlə ölkə rəhbərliyi Dövlət Toxum Fondunun yaradılması haqqında qərar qəbul edib. Bu qurum ölkənin bütün regionlarını onların təbii iqlim şəraitinə uyğun yüksək keyfiyyətli toxum sortları ilə təmin etməlidir.

Aqrar sektorun inkişaf prioritetlərindən biri sayılan elektron kənd təsərrüfatı sisteminin yaradılmasından söz açan nazir deyib: "Aqrar sektora nəzarət və onun idarə edilməsi sahəsinə müasir informasiya-kommunikasiya texnologiyalarının tətbiqinə dair geniş əhatəli plan həyata keçirilir. Söhbət elektron kənd təsərrüfatı sistemi infrastrukturunun yaradılmasından, sənəd dövriyyəsinin avtomatlaşdırılmasından və sahənin dövlət tərəfindən idarə olunmasının şəffaflığının və səmərəliliyinin artırılmasının mühüm elementi kimi nəzərdə tutulan kompyuterləşdirilmiş məlumat bazasının yaradılmasından gedir. Azərbaycan Prezidentinin "Aqrar sahədə idarəetmənin təkmilləşdirilməsi və institusional islahatların sürətləndirilməsi ilə bağlı tədbirlər haqqında" 2014-cü il tarixli Fərmanına müvafiq olaraq bu cür informasiya texnologiyaları sisteminin mərhələli şəkildə yaradılmasına başlanıb. Hazırda sistemin bəzi komponentləri artıq yaradılıb, proqram və informasiya resursları formalaşdırılır, məlumat bazası toplanır, dövlətin digər informasiya resurslarına inteqrasiya məsələləri həll edilir. Məsələn, biz bu gün heyvandarlıq sahəsində informasiya bazasının formalaşdırılması, habelə ölkədə iribuynuzlu mal-qaranın qeydiyyatını təmin edən sistemin yaradılması üzərində işləyirik. "Aqrolizinq" ASC-nin apardığı bütün əməliyyatlar elektron qeydiyyat sisteminə keçirilib. Hazırda lizinq yolu ilə texnika və cins heyvanlar almaq üçün müraciətlər, kənd təsərrüfatı texnikasının qeydiyyatı elektronlaşdırılır. Eyni zamanda kənd təsərrüfatı məhsullarının topdan və pərakəndə satış qiymətlərinə nəzarət üçün elektron informasiya bazasının yaradılmasına hazırlıq gedir.

Heydər Əsədov ölkədə iri toxumçuluq komplekslərinin, aqroparkların və sənaye tipli logistika bazalarının yaradılmasınana da toxunaraq bildirib ki, bu obyektlərdə sənaye istehsalı, emal, saxlanma və nəqliyyat logistikası proseslərini birləşdirmək, aqrar məhsulun maya dəyərini nəzərəçarpacaq dərəcədə azaltmaq nəzərdə tutulur. Belə strukturların yaradılması ölkə əhalisinin ərzaqla təminatı problemini səmərəli həll etməklə bərabər, aqrar məhsul ixracının həcmini xeyli artırmağa imkan verir. İri logistika bazalarının yaradılması isə fermerlərin istər ölkə daxilində, istərsə də onun hüdudlarından kənarda məhsullarını daşıyarkən və satarkən üzləşdikləri köhnə problemin həllinə kömək edir.

Nazir MDB ölkələrinə ixrac həcminin artırılması, habelə yeni satış bazarlarının mənimsənilməsi ilə bağlı suala cavab verərək deyib ki, qeyri-neft məhsullarının ixrac strukturunun, məsələn, aqrar məhsulun həcm və çeşidinin artırılması, onun xarici bazarlarda rəqabətə davamlılığının artırılması hesabına optimallaşdırılması iqtisadiyyatın şaxələndirilməsi üzrə dövlətin strategiyasının ən mühüm komponentidir. Bu məsələnin optimal həlli üçün emal proseslərinə müasir texnologiyaların tətbiqini stimullaşdırmaq, fermer təsərrüfatlarının xərclərini, məsələn, subsidiyaların verilməsi mexanizmlərinin təkmilləşdirilməsi hesabına azaltmaq, məhsuldarlığı isə artırmaq planlaşdırılır. İxracın coğrafiyasına gəldikdə isə aqrar işçilərimiz üçün ənənəvi satış bazarı əvvəlki kimi postsovet məkanı dövlətləri və ilk növbədə Rusiyadır.

Rusiyanın müvafiq dövlət qurumları ilə fəal əməkdaşlıq yaradılıb. Məsələn, Rusiya istehlakçılarına təzə və emal edilmiş meyvə-tərəvəz məhsulları, üzüm şərabları ilə yanaşı, geniş çeşiddə heyvandarlıq məhsulları təklif edilib. Özü də ilk növbədə quş əti və yumurta ixracını genişləndirmək nəzərdə tutulur. Azərbaycan Rusiya bazarına aqrar məhsulların ixracını genişləndirmək məqsədi ilə Moskvada, Sankt-Peterburqda, bu ölkənin digər regionlarında milli kənd təsərrüfatı mərkəzləri yaratmağı, bununla da uzunmüddətli müqavilələr əsasında irihəcmli ixracı təmin etməyi planlaşdırır.

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Kənd təsərrüfatı məhsullarının satış qiymətləri üzrə elektron məlumat bazası yaradılır

06-11-2015

Subsidiyaların ödənilməsi elektron kənd təsərrüfatı layihəsi vasitəsilə həyata keçiriləcək

27-04-2019

Nazir: Aqrar Süni İntellekt qərarverməni daha dəqiq edəcək

11-03-2026

Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin təqdimatı keçirilib

14-02-2019

Nazirliyin 4 qurumu əsasında bir Agentlik yaradıldı

14-01-2019

Rayonlarda “E-kənd təsərrüfatı” informasiya sistemi tətbiq edilir

26-11-2015

Şəkidə Aqrar İnnovasiya Festivalı keçiriləcək

04-08-2023

Beynəlxalq təcrübə əsasında Elektron kənd təsərrüfatı sistemi yaradılır

02-04-2015

Kənd təsərrüfatı elektronlaşdırılır

04-08-2015

Azərbaycan İsraillə aqrar innovativ texnologiyaların tətbiqi sahəsində əməkdaşlıq edə bilər

13-02-2023

Aqrar sahədə 30-a yaxın startapçı ilə məhsullarının təkmilləşdirilməsi istiqamətində müzakirələr aparılır

20-12-2023

İnam Kərimov : Elektron kənd təsərrüfatı formalaşdırılacaq

24-12-2018

Kənd təsərrüfatı məhsullarının qiymətləri elektron açıqlanacaq

06-04-2015

İtaliya səfiri: "Azərbaycana aqrar texnologiyaların gətirilməsinə töhfə verə bilərik"

16-10-2023

Uğursuz İT layihələr üçün məsul şəxslərdən hesabat tələb olunacaqmı?

09-04-2019

52 Dövlət Aqrar İnkişaf Mərkəzi elektronlaşdırılacaq

01-02-2019

Azərkosmos və Aqrar Sığorta Fondu əməkdaşlığa başladı

04-11-2024

Kənd təsərrüfatı məhsullarının qiymət məlumat bazası fəaliyyətə başlayıb

09-12-2015

Özbəkistan Azərbaycanın kənd təsərrüfatının rəqəmsallaşdırılması təcrübəsini öyrənir

05-07-2023

Aqrar sahədə süni intellektin tətbiqi müzakirə olunub

06-04-2026

Massalıda elektron kənd təsərrüfatı sisteminin tətbiqinə start verilib

25-05-2019

Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi-nin tətbiqinə start verilir

15-02-2019

Kənd təsərrüfatı texnologiyaları üzrə startapların akselerasiya proqramının təqdimat mərasimi keçirilib

08-01-2019

AMEA-da elektron kənd təsərrüfatı mövzusunda iclas keçirilib

06-09-2018





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə