“Mozilla Foundation” təşkilatı “Firefox 4” brauzerin yeni versiyasını təqdim edib. “Firefox” versiyasını yükləmək üçün xüsusi olaraq: http://glow.mozilla.org/ saytı yaradılıb. İstifadəçilər “Firefoxs”un müxtəlif dillərdə 80 versiyasını yükləyə bilər.
İstehsalçıların fikrincə,“Firefox 4” digər versiyalardan daha sürətli işləyir. “Firefox”da işin sürəti 6 dəfəyədək artıb.Yeni baza əsasında işləyən “Firefox 4” istehsalçılara “JavaScript”-in sürətini də artırmağa imkan yaradır.
Mozilla həmçinin, brauzerin interfeysini tamamilə yeniləyib. İndi istifadəçilərin ən çox ziyarət edilən veb səhifələri menyuda yerləşdirmək imkanı var. İstifadəçilər veb əlavələrə keçid üçün ünvan sətrinə lazım olan sorğunu daxil edir. Bu zaman brauzer avtomatik olaraq lazımi veb əlavəni açır. “Firefox” istifadəçilərə açılan veb səhifələrin qruplaşdırılmasına da imkan yaradır. Qeyd edək ki, bu əməliyyat indiyənədək “Opera” brauzerində var idi.
Xatırladaq ki, “Firefox 4”-ün ilk versiyası 2010-cu ilin iyun ayında təqdim olunub. “Firefox”-a dünyada 400 milyondan çox istifadəçi cəlb olunub. Ümumi istifadəçilərin sayına görə isə o, yalnız “Microsoft Internet Explorer” ə uduzur.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri