Previous Next
Bağla

"Forbes" Azərbaycanın qələbəsinin sirrindən yazdı

13-11-2020 14:47
"Forbes" Azərbaycanın qələbəsinin sirrindən yazdı

Forbesdə Azərbaycanın qələbəsinə həsr olunmuş "Azərbaycanın ermənistan üzərindəki qələbəsinin arxasındakı "Sehirli güllə" dronları" başlıqlı məqalə dərc olunub.

Xeberler.az məqalənin tərcüməsini təqdim edir:

"Azərbaycan pilotsuz dronların xüsusi istifadəsi ilə Dağlıq Qarabağda erməni qüvvələri üzərində qələbəyə nail oldu və sülh müqaviləsi imzalandı.  Ermənistanın  baş naziri müqavilənin şərtləri ilə könülsüz olaraq razılaşdı və "Bu mənim və xalqımız üçün inanılmaz dərəcədə acıvericidir" sözlərini işlətdi.

Ərazi beynəlxalq hüquqda Azərbaycanın əraziləri olaraq tanınıt lakin 1994-cü ildən bəri (red. işğaldan sonra) ermənilər tərəfindən idarə olunmaqdadır.

Razılaşma təxminən 2000 rus əsgəri tərəfindən icra ediləcək. Bu qərar  ermənilərin etirazına səbəb oldu. Etirazçılar baş nazirin paytaxt İrəvandakı rəsmi iqamətgahına basqın etdilər və talan etdilər.İzdihamlarda hökumət nümayəndələrinə də təcavüz olunduğu bildirilir. Lakin Ermənistan üçün alternativ çox azdır (red. alternativ yox idi) çünki Azərbaycan döyüş meydanında üstünlük təşkil edirdi və  onlara qarşı çıxan qüvvələri məhv edirdi. Müvəffəqiyyətlərinin böyük bir hissəsi, yeni əldə etdiyi pilotsuz təyyarə donanmasının səbəbindən olduğu görünür. (Red. Müvəffəqiyyətlərin əsas və başlıca səbəbi Azərbaycan əsgərləri oldu)

analitik Samuel Bendettin bildirdiyi kimi, "Azərbaycanın pilotsuz təyyarələri, həqiqətən də, Ermənistanın hava hücumundan müdafiə və quru qoşunlarını sıradan çıxaran " sehrli güllə" idi"

Azərbaycan bu qarşıdurmada bir neçə müxtəlif tipli pilotsuz təyyarə istifadə etdi. Ən ölümcüllər arasında Türkiyə tərəfindən istehsal edilən Bayraktar TB-2 pilotsuz təyyarələri də var.

Baxmayaraq ki bu PUA-lar ABŞ-ın MQ-9 Reaper-nin ağırlığının yalnız səkkizdə biri qədər idi və cəmi 80 mil sürətdə uçurdu, TB2 lazerlə idarə olunan dörd MAM  raketi daşıyır və döyüşdə yüksək dərəcədə effektivdir.

Azərbaycan TB2-lərdən vurduğu texnikaların bir çox kompilyasiya videosunu yayımlamışdı.

3 oktyabr tarixinə qədər Azərbaycan artıq 250 zirehli texnika, S-300 hava müdafiə sistemi də daxil olmaqla 39 hava müdafiə sistemini məhv etdiyini bildirmişdi.

Hava müdafiəsinin məhv edilməsi xüsusilə vacibdir: bunlar (HMS) devrildikdən sonra pilotsuz təyyarələr hədəfləri istədiyi kimi hədəf ala bilər.

Bənzər bir vəziyyət, iyun ayında Suriyada meydana gəldi, burada da Türk Bayraktar TB2-ləri Rusiya istehsalı olan onlarla zenit vasitəsini dağıtdı. Rusiya müdafiə naziri etiraf etmişdi ki, hava müdafiə sistemlərinin bu dronları görməsi çətindir, çünki bu dronlar sistemlərin əhatə edə bilmədiyi "Ölü zonalar"dan uçur.

Azərbaycan bir sıra köhnə Rusiya An-2 iki təyyarələrini də bomba atan pilotsuz təyyarələrə çevirmişdi. Bu qəribə maşınlar hava müdafiə sistemlərinin yerlərini müəyyən etməyə və məhv etməyə TB-lərə yardımçı olurdu.

Daha sonra Azərbaycan tərəfi  piyadalara, piyada səngərlərinə dron zərbələrinin endirildiyi videolar yayımlamışdı. Bu videolar isə erməni tərəfində zirehli texnikaların artıq qalmaması ehtimalını yaradırdı.

Azərbaycan eyni zamanda İsrail istehsalı olan İsrail Orbiter-1K kiçik kamikaze pilotsuz təyyarəsi və İsrail istehsalı olan Haroplarını da istifadə edirdi. Savaşlarda Türkiyənin Kargu taktiki kamikadze dronlarının da yer aldığı iddia olunsa da buna sübutlar azdır. Bu dron kəşfiyyat xarakterlidir. Dron hədəfləri təkbaşına müəyyən edə və məhv edə bilən ağıllı bir tanıma sisteminə sahibdir. Azərbaycan PUA-larının  erməni tanklarını tamamilə məhv etdiyini iddia edən mənbələr də mövcuddur. Lakin  "Foreign Policy"nin jurnalisti Robert Bateman, erməni tanklarının bu qədər məhv olmağında başqa səbəb kimi onların səriştəsizliyini göstərirdi. Yayılmış videolarda erməni tanklarının üsrü açıq kamuflajsız sürü şəklində də hərət etdiyi görsənir. Rober Bateman bildirir ki, bunun səbəbi səriştəsizlik idarəetmə və səriştəsiz təlimlərdir.

Bendett, qələbənin sadəcə pilotsuz təyyarələrin zərbələri məsələsi olmadığını bildirir. "Pilotsuz təyyarələr bu müharibədə dəvənin belini qıran saman kimi qiymətləndirilsə də, Azərbaycanın uğuru həm də ərazini bir dəfəyə bir kvadrat kilometrə qədər dəqiq təhlil edən yaxşı üsullu mexanikləşdirilmiş piyada əməliyyatları ilə əlaqələndirilir" deyir Bendett.

Qarabağ müharibəsi pilotsuz təyyarələrlə qazanılmış ilk müharibədir. Görünür dünyada belə müharibələr çox olacaq."

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində işlər davam edir

Pilotsuz uçuş aparatlarının istehsalı istiqamətində işlər davam edir

16-05-2016
 Ordumuz Ermənistanın PUA-sını məhv edib

Ordumuz Ermənistanın PUA-sını məhv edib

22-06-2017
Kiyevə son həftədə edilən dron hücumlarının nəticələri açıqlanıb

Kiyevə son həftədə edilən dron hücumlarının nəticələri açıqlanıb

28-03-2023
AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

AMEA ilk dəfə pilotsuz uçuş aparatı istehsal edib

26-09-2018
Koreyada pilotsuz uçan aparatlarla mübarizə texnologiyası hazırlanır

Koreyada pilotsuz uçan aparatlarla mübarizə texnologiyası hazırlanır

07-04-2015
"Baykar" şirkəti Ukraynaya "Bayraktar" PUA-sı hədiyyə etdi

"Baykar" şirkəti Ukraynaya "Bayraktar" PUA-sı hədiyyə etdi

24-08-2023
Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

Elçin Quliyev Vətən müharibəsində PUA-larla düşmənə vurulan zərbələrin detallarını açıqlayıb

06-10-2023
Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına başlanılacaq

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsinin kütləvi istehsalına başlanılacaq

06-06-2023
Kosova “Bayraktar” TB2 PUA-larını əldə etdiyini açıqlayıb

Kosova “Bayraktar” TB2 PUA-larını əldə etdiyini açıqlayıb

16-07-2023
Gizli silah “Yaşıl əjdaha” və dron bazarı

Gizli silah “Yaşıl əjdaha” və dron bazarı

11-04-2016
Yaponiyada süni intellektli müşayiətçi pilotsuz uçuş aparatları təqdim edilib

Yaponiyada süni intellektli müşayiətçi pilotsuz uçuş aparatları təqdim edilib

17-10-2024
Ermənilərin zirehli texnikası məhv edilib

Ermənilərin zirehli texnikası məhv edilib

01-03-2017
Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır

Azərbaycan kamikadze tipli PUA-ların istehsalına başlayır

17-12-2016
Türkiyənin keçirdiyi hərbi əməliyyatlar hər bir ölkənin texnoloji imkanlarını müəyyənləşdirib

Türkiyənin keçirdiyi hərbi əməliyyatlar hər bir ölkənin texnoloji imkanlarını müəyyənləşdirib

02-03-2020
Azərbaycanın pilotsuz uçuş aparatları nümayiş etdiriləcək

Azərbaycanın pilotsuz uçuş aparatları nümayiş etdiriləcək

13-08-2015
Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

Prezident İlham Əliyev və oğlu Heydər Əliyev “Akıncı” PUA-larının uçuşuna baxıb

09-02-2024
Dronların zərərsizləşdirilməsi üçün qurğu yaradılıb

Dronların zərərsizləşdirilməsi üçün qurğu yaradılıb

15-10-2015
Azərbaycanda "Akıncı" pilotsuz uçuş aparatları istehsal edilə bilər

Azərbaycanda "Akıncı" pilotsuz uçuş aparatları istehsal edilə bilər

07-02-2022
“Azərbaycanlı mühəndislər “BAYKAR”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərinin inkişafı üzrə çalışır”

“Azərbaycanlı mühəndislər “BAYKAR”ın dəstəyi ilə ağıllı pilotsuz sistemlərinin inkişafı üzrə çalışır”

26-07-2023
İsrail Azərbaycana yeni dronların satışını planlaşdırır

İsrail Azərbaycana yeni dronların satışını planlaşdırır

12-04-2016
Türkiyə hərbi texnologiya istehsalçıları arasında dünyada 4-cü yerə yüksəlib

Türkiyə hərbi texnologiya istehsalçıları arasında dünyada 4-cü yerə yüksəlib

02-12-2020
Dronlar bir neçə gün fasiləsiz uça biləcək

Dronlar bir neçə gün fasiləsiz uça biləcək

30-07-2019
Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

Aeroportda dronların hərəkətinin idarə edilməsi mərkəzi yaradılacaq

09-10-2019
Videokonfrans üçün dron

Videokonfrans üçün dron

15-08-2016





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə