Məlumat verdiyimiz kimi, ermənilərlə gedən döyüşlərdə Azərbaycan ordusu düşmən mövqelərinə pilotsuz uçan aparatdan (dron) istifadə edərək zərbə endirdi.
Bu barədə Washington Post, Britaniyanın Telegraph agentliyi də yazdı.
Belə ki, qəzet yazır ki, Azərbaycan qüvvələri düşmənlə döyüşdə İsrail istehsalı olan pilotsuz uçan aparatı tətbiq ediblər. Bu raket hədəf axtarışında 6 saat uça bilir.
Ermənistan Müdafiə Nazirliyinin bəyanatına görə, pilotsuz uçan aparat avtobusa çırpılıb və 7 nəfəri öldürüb.
Beynəlxalq Strateji Tədqiqatlar İnstitutunun analitiki Cozef Dempsi də qeyd edib ki, bu İsrail istehsali olan “Harop” təyyarəsi ola bilərdi.
Qəzetdə bildirilir ki, Azərbaycan İsrail və Hindistan ilə birlikdə “Harop”dan istifadə edən üç ölkədən biridir.
Xeberler.az olaraq ümumiyyətlə son dövrlərdə dronlarlardan hərbi məqsədlər üçün istifadəni, necə deyərlər dronlar müharibəsini araşdırmaq istədik.
2015-ci ildə müdafiyə məqsədli dronlar kəşfiyyatın dəyişməz parçası oldu.
Əvvəl ki yazımda dövrümüzün Sənayeləşmə 3.0-dan 4.0-a keçid mərhələsində olduğundan bəhs etmişdim. Sənayeləşmə 4.0 dövründə 3D printerlər, drone, əşyaların interneti kimi yeni trendləri istifadə olunacaq.
Sənayeləşmə 4.0 ilə bərabər ölkələr yüksək texnologiyalardan müdafiyə məqsədli istifadəsinə başladı artıq. Xüsusən drone texnologiyaları ölkələrin müdafiyə kəşfiyyat əməliyyatlarının dəyişməz parçası oldu.
Uzaqdan düşmənin koordinatını, bölgənin xəritəsini canlı şəkildə emal edə bilən pilotsuz uçan aparatlar artıq düşmənə hücum edə bilmək qabliyyətini qazandı. İlk dəfə İsrail şirkəti “Harop” adlı pilotsuz uçan aparat (PUA) ilə həm kəşfiyyat həm də hücum məqsədli testlərə başladı. Belə ki, düşmənin məntəqəsini təyin edib canlı görüntü göndərə bilən “Harop” PUA lazım olsa kamikadze kimi təyinat məntəqəsinə çırpılıb bomba effekti yaradır.
1000 km məsafəyə qədər uçuş edib, 6 saat havada qala bilən “Harop” PUA-sı, ölkələrin tez bir vaxtda diqqətini çəkdi. İsrail şirkəti testləri və inkişaf proqramı üçün Azərbaycan, Almaniya, Hindistanı müttəfiq ölkə seçdi.
“Harop” PUA-sının qiyməti 4.5 milyon dollardır.
Yüksək Texnologiyaların bu qədər inkişafı əhəmiyyət daşıyarkən, dron bazarı artıq 2015-ci ildə 8 milyard dollara yaxınlaşdı. Dronların bazarında sivil ( mülki) məqsədli dronların payı 10 faizə yaxın olsada, müdafiyə məqsədli dronlar bazarın 90 faiz həcmini götürdü. Təxminlərə görə, dron bazarı 2020-ci ilə qədər illik ortalama 20 faiz büyüyəcək və 10 milyard dollara çatacaq.
Azərbaycanda dron bazarı:
Müdafiyə Sənayesi nəznində PUA-lar üçün xüsusi araşdırma və inkişaf proqramı olsa da, parçalarının böyük əksəriyyəti Azərbaycanda istehsal olunan dron yaratmaq üçün biraz vaxta ehtiyac olacaq. Buna baxmayaraq ordumuzda kifayət qədər müdafiyə məqsədli dron var və böyük əksəriyyəti müttəfiqimiz İsrailə aiddir.
Xatırladaq ki, bir neçə gün öncə Ermənistanın Misir və İsraildəki səfiri Armen Melkonyan bu ölkənin Xarici İşlər Nazirliyinə (XİN) etiraz notası təqdim edib.
Etiraz notasında İsraildən Azərbaycana silah tədarükünün dayandırılması tələbi yer alıb.
XİN-dəki yüksək vəzifəli mənbənin nəşrə verdiyi məlumata görə, sənəddə, xüsusilə Azərbaycan tərəfinin İsrailin IAI şirkətinə məxsus "Harop" pilotsuz uçan aparatından istifadə etməsi qeyd olunur. (Report.az)
Yerli dron startapları:
Azərbaycanın ilk sivil məqsədli PUA-sı Bayquş olub. Bayquş havada 80 dəqiqə qalıb 3g/4g texnologiyalarından istifadə edərək canlı görüntü göndərə bilirdi.
Biznesin inkişafı üzrə mütəxəssis
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri