Samsung-un populyar modellərindən Galaxy S9 və Galaxy Note9 istifadəçiləri kameralarında olan gecə rejimi xüsusiyyətini istifadə edə bilmir. Bir çox istifadəçinin kamera tətbiqi gecə rejimi aktiv edildiyi zaman çökür.
Xeberler.az bildirir ki, Samsung qısa bir müddət əvvəl Galaxy Note9 və Galaxy S9 kamera tətbiqetmələri üçün gecə rejimi xüsusiyyətini istifadəçilərə təqdim edib. Bəzi istifadəçilər bu xüsusiyyəti problemsiz bir şəkildə istifadə edərkən, bəzi istifadəçilər bu rejimin kamera tətbiqinin çökməsinə səbəb olduğunu bildirir.
Samsung forumlarında istifadəçilər tərəfindən açılan mövzulara görə Galaxy S9 və Galaxy Note9 modellərindən bəziləri, bu rejim açıldığı zaman bir xəbərdarlıq göndərir. Xəbərdarlıqda "Kamera tətbiq etməsi uğursuz oldu!" deyə xəta mesajı görünür və kamera işləmir.
Üstəlik bu qəribə problem hər bir istifadəçiyə eyni dərəcədə təsir göstərmir. Bəzi istifadəçilər bu problemi nadir hallarda yaşadıqlarını bildirərkən, bəzi istifadəçilər də bu problemlə tez-tez qarşılaşdıqlarını bildirirlər.
Mövzu ilə əlaqədar olaraq müvəqqəti bir həll olaraq şəkillərin nisbəti 4:3-dən 16:9-a çevrilə bilər, ancaq bu da kameranın keyfiyyətini aşağı salan bir vəziyyətdir. 4:3 faiz nisbətində 12 meqapiksel olan kamera həll olunması, nisbətləri 16:9 olduğu zaman 9.1 megapiksel-ə düşür.
Kamera çökmə probleminə tam olaraq nəyin səbəb olduğu bilinmir, ancaq Samsung-un ən qısa zamanda qlobal miqyasda həll yolu tapması lazımdır.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri