Samsung Galaxy J1 Mini-nin parametrləri məlum olub

24-11-2015 / 14:09

Samsung Galaxy J1 Mini-nin parametrləri barədə məlumat mediaya sızıb.

Xeberler.az xarici mətbuata istinadən bildirir ki, bu məlumatlarda Samsung-un aşağı büdcəli istifadəçilər üçün nəzərdə tutduğu telefonun adının Galaxy J1 Mini olduğu dəqiqləşib.

Məlumatlara görə, aşağı büdcəli istifadəçilərə təqdim edəcəyi  telefonun J ardıcıllığının əvvəlki modelləri kimi aşağı performansa sahib olacaq.

SM-J105F model nömrəsinə sahib olan Galaxy J1 Mini GFXbench 1.5 GHz tezlikli Spreadtrum QuadCore prosessorlu SC8830 nüvəsi ilə təchiz olunub.

Cihaz həmçinin, 800x480 ekran ölçüsü, 1GB RAM və 8GB əməli yaddaşa sahib olacaq.

Android 5.1.1 Lollipop əməliyyat sistemini istifadə edəcək olan Galaxy J1 Mini 5MP ön, VGA arxa kameraya sahib olacaq. 

Sevinc Çəltikova


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə