Gələcəklə bağlı xəyal edilənin də üstündə xəyal quran və bunu həyata keçirməyə cəhd edən insanlara “futurist” deyilir.
Futurizmin Dubay şəhəri ilə bağlı paylaşdığı məlumatlar artıq xəyal olmaqdan çıxıb, gerçəkliyə doğru gedir.
Xeberler.az Dubayda yaradılması gözlənilən yeni texnoloji layihələrin bir neçəsini təqdim edir:
Gələcək muzeyi
Məlum olduğu kimi, muzeylər həyatımızda yalnız keçmişi xatırlatmaq, əsərləri paylaşmaq üçün istifadə edilir. Dubayın 2018 dekabr ayında açmağı planlaşdırdığı muzey isə tam tərsi, keçmişdən bir parça təqdim etmək yerinə gələcəyi paylaşmağı hədəfləyir.
"See the future, create the future" şüarı ilə açılacaq olan muzey yalnız bir sərgi sahəsi olaraq da qalmayacaq, həmçinin inkubasiya mərkəzi olaraq da gələcəyin texnologiyalarını dəstəkləyəcək.
Robot olimpiadaları
Dubay 2017-ci ildə başlayacaq və hər iki ildə bir təkrarlanacaq olan bir robot olimpiadalarına ev sahibliyi edəcək. Bu olimpiadalar 9 fərqli növdə təşkil ediləcək:
-Sürücüsüz avtomobil yarışı
-Tayfası olan dron
-Pilotsuz uçuş aparatı
-Robot qaçış yarışı
-Robot futbol turniri
-Robot üzmə yarışı
-Robot stolüstü tennis
-Robot güləş turniri
-Cybathlon
The Tower
Dubayın 2020-ci ildə tamamlamağı hədəflədiyi və The Tower adını verdiyi bu göydələn Burj Khalifa-dan daha uzun və funksional olaraq dizayn edilir. 1 milyard dollarlıq büdcəsi ilə yeni nəsil göydələni olacaq. İçərisində butik otellər, şaquli bağçalar, restoranlar və 360 dərəcə müşahidə sahəsi ilə dünyanın yeni "ən yüksək binası" olacaq deyə bilərik. Tikintisi başa çatdığında antenası ilə birlikdə 928 metr və Burj Khalifa-dan 100 metr daha yüksək olacağı deyilir.
Hyperloop infrastrukturu
Dubayın gələcək investisiyalarında biri də Dubaydan Fujairaha qədər təxminən 105 km uzunluğunda bir Hyperloop infrastrukturu tikməkdir.
Ötən sentyabr ayından dizaynı ilə əlaqədar işləri başlayan bu infrastruktur sayəsində iki bölgə arasındakı məsafə cəmi 10 dəqiqə olacaq.
3D printeri ilə yaradılan binalar
2016-ci ilin əvvəllərində Dubay dünyanın ilk 3D printerindən çıxarılmış Futuristik dizayna sahib ofisini tanıtdı. Qeyd edilid ki, ofisin istehsalı yalnız 17 gün davam edib. Gələcəyin dizaynları və yeni nəsil binalar üçün ilk addım çoxdan atıldı, artıq istifadə edilməyi gözləyirlər. Memarlıqla bağlı innoavsiyalarda çox yaxında partlayış olacağı deyilə bilər.
Drone Prix
Dubay dünyanın ilk dron yarışlarına ötən mart ayında ev sahibliyi etdi. Bu sahə ilə bağlı ilk nümunə olan bu yarışda 150 adam öz dronu ilə yarışdı və pilotlar qabiliyyətlərini sərgilədi. Birinci olan ingilis gənc yarışçı 250.000 dollar mükafatın da sahibi oldu.
Ziggurat Piramidi
Dubayın ən çox həyata keçirmək istədiyi layihlərdən biri də Ziggurat Piramidası-dır. Bu piramida təxminən 1 milyon adamı qəbul etmə tutumuna sahib olacaq. Layihədə tamamilə təbii və bərpa olunan enerji mənbələri istifadə ediləcək. Yeraltından çıxan hər hansı bir yanacağı istifadə etməmək birinci prioritetləri olacaq. Bu şəhərin içində 360 dərəcə daşıma sistemi də olacaq.
2030-ci ildə sürücüsüz avtomobil hədəfi
Dubay Əmirin və BAE-nin başçısı olan Şeyx Məhəmməd bin Rəşid al Maktoum Dubayda daşıma sektorunda olan vasitələrin 2030-ci ilə qədər 25 faizinin sürücüsüz və süni zəka infrastrukturuna sahib vasitələr ilə dəyişdiriləcəyini bildirib. Bu layihə əgər müvəffəqiyyətli olsa, pilot bölgə olan Gulf dünyanın ən ağıllı və etibarlı nəqliyyat sisteminə sahib olacaq.
İnsan istehsalı dağ
Dubay iqlimini dəyişdirməyə bir az daha yaxından müdaxilə edilə bilməsi üçün ilk növbədə insan istehsalı bir dağ yaratmağa hazırlaşır. Davamlı isti olan və getdikcə daha da istilənən iqlimi idarə etməyin tək yolu olaraq görülən bu dağ üçün həyata keçirilən mühəndislik işləri, analizlər və araşdırmalar həqiqətən həyəcanvericidir. Təbii ki, bu layihə üçün ən əhəmiyyətli məqam coğrafi maneələrlə qarşılaşmamaqdır.
Məlahət Hacı
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri