Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən “İqtisadi jurnalistikanın inkişafına dəstək proqramı” çərçivəsində keçirilən növbəti təlim sessiyası “Maliyyə texnologiyaları və innovasiyalar” mövzusuna həsr olunub.
Xeberler.az bildirir ki, Mərkəzi Bankın Maliyyə bazarlarında tərəfdaşlığın inkişafı və təşviqi şöbəsinin böyük mütəxəssisi Jalə Əfəndiyeva tərəfindən Bakı Slavyan Universitetində təhsil alan gənc jurnalistlərə xüsusi tənzimləmə rejimi, açıq bankçılıq yanaşması, virtual aktivlər, “Öz müştərini tanı” platforması və digər innovativ maliyyə həlləri barədə məlumat verilib.
Aktiv müzakirələr şəraitində keçən sessiyada, həmçinin Mərkəzi Bankın ölkədə innovasiyaların təşviqinə yönəlmiş əsas təşəbbüslərindən və tənzimləyici rolundan bəhs olunub.
Təlimin sonunda iştirakçılara maliyyə texnologiyaları və innovasiyalar mövzusunda xəbərlərin formalaşdırılmasına dair tövsiyələr də səsləndirilib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Satışa çıxarılmış Azərbaycan adları