Gələn il “Robotex Naxçıvan” festivalı keçiriləcək.
“Robotex Türkiyə” şirkəti ilə Naxçıvan Dövlət Universiteti arasında birgə əməkdaşlığa dair protokol imzalanıb.
Bu məqsədlə “Robotex Türkiyə” şirkətinin qurucuları Orhan Çevik, Nilay Er, Gürcan Lokman və texniki koordinator Gürkan Lokman Naxçıvan Dövlət Universitetində olublar.
Görüşdə ali təhsil ocağının rektoru Elbrus İsayev universitetdə robot texnologiyalarına əsaslanan ixtisaslar barədə danışıb. Bildirilib ki, ali təhsil ocağında tədris olunan ixtisasların əksəriyyətində robot texnologiyalarından istifadə etmək mümkündür. Elbrus İsayev süni intellekt, proqramlaşdırma, STEAM texnologiyasının tədris imkanları barədə məlumat verib. Rektor Naxçıvan Dövlət Universiteti ilə İBM şirkəti arasında müqavilənin imzalandığını diqqətə çatdırıb. Bildirilib ki, müqaviləyə əsasən, İBM şirkəti ilə birlikdə Naxçıvan Dövlət Universitetində Proqramlaşdırma Mühəndisliyi İnstitutu yaradılacaq.
Rektor görüşdə robot texnologiyaları sahəsində Türkiyə təcübəsindən istifadə olunması, müəyyən sahələr üzrə qardaş ölkədən mütəxəssislərin NDU-da tədris prosesinə cəlb edilməsi təkliflərini irəli sürüb.
“Robotex Türkiyə”nin qurucularından Orhan Çevik fəaliyyət göstərdikləri şirkət barədə ətraflı məlumat verib, gələcək fəaliyyət istiqaməti barədə fikirlərini diqqətə çatdırıb.
Sonra hər iki tərəf arasında birgə əməkdaşlığa dair protokol imzalanıb. Müqavilədə qeyd olunub ki, “Robotex Türkiyə” şirkəti gələcəkdə Naxçıvanda keçiriləcək robotexnika festival və çempionatının təşkilinə dəstək göstərəcək.
Sonra qonaqlar universitetin Beynəlxalq münasibətlər və hüquq fakültəsində professor-müəllim heyəti, bu sahədə fəaliyyət göstərən orta məktəb müəllimləri və tələbələr üçün təlim keçiblər. İki gün davam edən təlimlərin sonunda bu sahədə müəyyən təcrübələr əldə edən müəllim və tələbələrə sertifikatlar təqdim olunub.
Qeyd edək ki, “Robotex Türkiyə”nin növbəti təlimləri bu ilin sentyabr ayında keçiriləcək. Naxçıvan Dövlət Universitetinin təmsilçiliyi ilə isə növbəti ilin fevral ayında “Robotex Naxçıvan” festivalı təşkil olunacaq.(Report)
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri