Gənc informatiklərə “Rəqəmsal dünya” təqdim olunacaq

19-06-2010 / 07:58

HP və Microsoft şirkətləri, Aztelekom İstehsalat Birliyi, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi, İnformasiya Texnologiyaları İnstitutu, Bestcomp şirkəti və Qafqaz Universitetinin təşkilati və texniki dəstəyi ilə Sumqayıtda ali, orta-ixtisas və orta ümumtəhsil məktəblərinin şagird və tələbələri arasında keçirilən “Gənc informatiklər” müsabiqəsinin qaliblərinə əsas mükafat olaraq ötən il olduğu kimi bu il də “Rəqəmsal dünya” heykəlciyi təqdim olunacaq.

Şəhər İcra hakimiyyəti başçısının müşaviri Teymur Vəliyevin xeberler.az-a verdiyi məlumata əsasən internet səhifələrin və təqdimat işlərinin, bloqların hazırlanması, həmçinin mətn yığıcılığı istiqamətləri üzrə keçirilən müsabiqədə Münsiflər Heyəti tərəfindən 18 müxtəlif nominasiya müəyyən edilib.

İnternet səhifələr üzrə ən yaxşı internet səhifə; tərtibatına və dizaynına görə ən yaxşı internet səhifə; məzmunun görə ən yaxşı internet səhifə; proqramçı işinə görə ən yaxşı internet səhifə; orijinal mövzu baxımından ən yaxşı internet səhifə; təqdimatlar üzrə  ən yaxşı təqdimat işi; tərtibatına və dizaynına görə ən yaxşı təqdimat işi; məzmununa görə ən yaxşı təqdimat işi; proqramçı işinə görə ən yaxşı təqdimat işi; orijinal mövzu baxımından ən yaxşı təqdimat işinə görə qiymətləndirilib. Bloqlar üzrə ən yaxşı bloq; tərtibatına və dizaynına görə ən yaxşı bloq; orijinal mövzu baxımından ən yaxşı bloq və İbtidai sinif şagirdləri arasında təşkil olunan mətn yığıcılığı yarışında isə ilin vunderkindi, ən çevik informatik, ən səliqəli informatik və ədib informatik seçiləcək.

Mükafatlandırma mərasimində qaliblərə fəxri fərman, müsabiqənin rəmzi heykəlciyi və qiymətli hədiyyələr, bütün iştirakçılara isə sertifikatlar təqdim olunacaq. // xeberler.az/Ellada


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə