Previous Next
Bağla

Gəncənin kompüter yaddaşlı qadınları...

22-11-2014 12:44
Gəncənin kompüter yaddaşlı qadınları...

Darısqal otaq, cəmi 3 nəfər işçi və 1 kompüter. Burda gün telefon zənginin səsi ilə başlayır. Gəncənin 109 Məlumat bürosunda gün ərzində azı 500 nəfərə telefon nömrələri ilə bağlı məlumat verilir. 

33 ildir hər gün telefon dəstəyinə sarılıb işinin öhdəsindən gəldiyini deyən İntizar Əliyeva danışır ki, soruşulan nömrələrin əksəriyyətini əzbər bilir. 

“Bəzən heç düşünmədən, kompüterə baxmadan cavab veririk”

“109 məlumat xidmətində 33 ildir işləyirəm. Səhər saat 9 dan işə başlayırıq, axşam saat 6-ya kimi. Məlumat bürosunun hansı nömrəli telefonu olmasını məlumat veririk. Abonentləri məlumatlandırırıq. Bəzən heç düşünmədən, kompüterə baxmadan cavab veririk. Demək olar ki, adət eləmişik. Gecə yuxulu da olsaq soruşsalar əzbər deyərik”.

Gəncədə ümumilikdə 62 min nömrə tutumu var. Bütün bu nömrələrin məlumatlarının toplusu isə 109 məlumat xidmətində cəmlənir. Sözügedən məlumat xidməti növü 2 ildir ki, abonentlərə ödənişli olaraq xidmət edir. İntizar Əliyeva deyir ki, ödənişli xidmətə keçid müraciət edən abonentlərin sayını azaldıb. Elə işlərini də bir az asanlaşdırıb:

Ödənişli xidmət müraciət edənlərin sayını azaldıb...

“Gün ərzində azı 500 nömrənin məlumatını veririk. Əvvəllər ödənişsiz olanda günə 9 min nəfərə cavab verirdik. Ödənişdən sonra bir az azalıb. Bəlkə bizdən də az-az hallarda narazı qalanlar olur. Əhali ilə işləmək çətindir. Dar hövsələli adamlar da olur. Amma çalışırıq hamı razı qalsın. Hamının nazını çəkirik, işimiz budur”.

Təcrübəli işçi yaxşı məlumatçı olmağın sirlərindən də danışır: 

“Yaxşı məlumat bürosu olmaq üçün diqqətli olmaq və yaxşı yaddaşa sahib olmaq lazımdır. Psixoloq olmaq lazımdır ki, onları idarə edə biləsən, bununla necə danışasan. Nömrələr dəyişəndə də 3 günə tapıb dəyişirik”.

Məlumat almaq istəyənlərin sayı çox olsa da, onların sayı cəmi 3 nəfərdir. Digər məlumatçı Rəna Məmmədova da deyir ki, əziyyətlərinə uyğun olmasa da dolana bilirlər:

“Bütün nömrələrin 80 faizini əzbər bilirəm”

“Məlumat bürosunun 2 nömrəli işçisiyəm. 27 ildir işləyirəm. Bütün nömrələrin 80 faizini əzbər bilirəm. Bilmədiyimizi də kompüterə baxırıq. Öyrənmişik, əzbər bilirik deyə, asandır. Əmək haqqımız normaldır, nə çoxdur, nə az, dolanırıq”.

109 məlumat xidməti son illər həm də borcunu uzun müddət gecikdirən abonentləri ödənişə cəlb etməklə bağlı fəaliyyət də göstərir. Həmin abonentlərin qonşu nömrələrinə xəbərdarlıq edərək məlumat toplayırlar:

“Borclu olan abonentlərin siyahısını bizə göndərirlər, biz ünvanla qonşularla əlaqə saxlayırıq. Həmin abonent orda yaşayırmı, yaşayırsa borcla bağlı məlumatlandırılırlar”.

109 xidməti əvəzinə dost-tanış...

Gəncədəki abonentlər də danışırlar ki, sistem ödənişliyə keçəndən sonra məlumat xidmətinə daha az müraciət edirlər. Sevinc Məmmədova deyir ki, əlavə ödəniş etməmək üçün gərəkli nömrələri dost tanışdan öyrənməyə çalışır.

“Əvvəllər pensiya vaxtı 109-a zəng edib məlumat öyrənirdim. Amma pullu olandan sonra elə dost tanışdan maraqlanıram”.

Mənbə: azadliq.org

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR

Ekspert:qısa nömrələr kimlərdədir ?

02-06-2022

Qısa telefon nömrələri necə verilir ?

04-05-2015

Nazirliyin Telefon Məlumat Mərkəzinə nə qədər müraciət olur?

04-08-2017

Regionlarda İT mütəxəssislərə dəstək lazımdır

18-08-2015

BİZNESİN YENİ NÖVÜ MOBİL ŞİRKƏTLƏRİ “YIXIR”

11-10-2010

Nar ”İkiqat bayram” kampaniyasını keçirir

17-12-2015

Mobil nömrələrin daşınması qaydalarında dəyişikliklər edilib

04-03-2015

Uşaq Qaynar Xətt xidməti növbəti hesabatını açıqladı

01-08-2020

Niyə xaricdən Azercell nömrələrinə düşmək olmur?

27-12-2008

“Gecələr Wi-Fi -ı söndürürəm ki, İnternetə girməsinlər”

16-02-2015

“Könüllü DOST” proqramına daha 127 nəfər cəlb olunub

22-02-2025

“Sosial şəbəkələrdə paylaşımlarda diqqətli olmaq lazımdır”

10-08-2015

“Yetərincə kompüter olsa, sinif yoldaşlarım da texnologiyaya maraq göstərər”

19-08-2015

“Uğurları çox olan şagirdlərlə bağlı sosial şəbəkələrdən məlumat alırıq”

14-04-2016

Mobil telefonların Azərbaycana qeyri-leqal idxalı artıb

07-08-2009

Azercell-in “yağlı” müştərilərini kim ələ keçirmək istəyir?

22-02-2017

“Elektron hökumət” portalına 4 milyondan çox giriş olub

11-03-2015

“Dilmanc İmla” sisteminin yeni versiyası istifadəyə verildi

30-04-2015

“İnternetdə məxfi danışıqlarım, məxfi yazışmalarım yoxdur” - Müsahibə

17-02-2015

WhatsApp istifadəçiləri üçün möhtəşəm xəbər

07-01-2015

«Azercell» şirkəti yeni kampaniyaya başlayıb

14-04-2009

Sərfəli şərtlərlə Samsung S6 Edge almaq imkanı

24-05-2016

Ekspert elektron ticarət üçün cəlbedici mühitin vacibliyini bildirdi

04-09-2018

“Elektron hökumət” portalına daxil olmaq üçün kod-parol alanların sayı artıb

13-11-2013





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə