“Gənclərin uğur əldə etməsində texnoparkların böyük rolu var”

05-08-2017 / 10:49

“Yüksək texnologiyalar sahəsində innovativ düşüncəyə malik insanların, xüsusilə gənclərin uğur əldə etməsində texnoparkların böyük rolu var. Məhz texnoparklar mövcud ideyanı layihəyə çevirmək, həmin layihəni inkişaf etdirərək bazara çıxarmaq yollarını startapçılara göstərərək onları doğru istiqamətləndirirlər”.

Xeberler.az bildirir ki, bu sözləri Bakıda səfərdə olan Türkiyənin Erciyes Texnoparkının baş direktoru Bilgin Yazlık  Bakıda səfəri zaman deyib.

Belə ki,  Bİlgin Yazlık AMEA-da təlim keçib.

Təlim zamanı texnoparkın idarəedilməsi, startapçıların maarifləndirilməsi, investisiyaların təşviqi, investorlarla sahibkarların əlaqələrinin genişlənməsi mövzularına toxunulub.

Erciyes Texnoparkının Biznes İnkubasiya Mərkəzi olan SERA-nın qurulması, fəaliyyəti, mövcud iş prosesi barədə ətraflı məlumat verib.

O qeyd edib ki, 217 min kvadrat metr açıq, 30,5 min kvadrat metr qapalı əraziyə sahib texnoparkda 203 bina mövcuddur. Buradakı firmaların əksəriyyəti öz fəaliyyətlərini beynəlxalq, iqtisadi münasibətlər və texnoloji sahələr üzərində qurublar. Eyni zamanda, enerji, kimya və qida sənayesi ilə məşğul olan şirkətlər də var.

Baş direktor 2 günlük təlim zamanı startapçıların layihələrini biznesə çevirmək üçün ehtiyacı olduqları mövcud qaynaqların düzgün araşdırmağın yollarını göstərib.

O, Prototipi əldə etdikdən sonra pilot layihə olaraq istehsal prosesinin texnoparkların öhdəsinə düşdüyünü bildirib. Bilgin Yazlık  2005-ci ildən fəaliyyət göstərən Erciyes Texnoparkının bu sahədə keçdiyi təcrübəni nümunə göstərərək, təmsil etdiyi qurumun Türkiyənin 5-ci böyük texnoparkı olduğunu bildirib.

 Məltəm Talıbzadə

 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə