Sinqapurun Nanyansk Texnologiya Universitetinin (NTU) alimləri evin divarlarını miniatür səs gücləndirici və mikrofon kimi rəqəmsal qurğulara çevirməyə imkan verən çap elektronikasının yeni növünü yaradıblar.
Xəbərlər-in xarici mətbuata istinadən verdiyi məlumata əsasən, mürəkkəb elektron sxemləri istənilən səthdə çap etmək, material kimi kağız, alüminium və nazik plastik örtükdən istifadə etmək olar.
“Ağıllı” elektronikanı, hətta divar kağızının üzərində çap etmək mümkündür”, deyən NTU-nun professoru Cozef Çanın fikrincə, yeni elektronika kompüteri yalnız səsin köməyi ilə idarə etmək arzusunda olan yaşlı insanlar üçün daha faydalı olacaq.
Onun sözlərinə görə, divarla “danışarkən” divar insana səs gücləndiricilər vasitəsilə cavab verir. “Ağıllı” divar kağızları zəng etmək funksiyasına da malikdir.
Qeyd edək ki, yeni texnologiyanın səhiyyə və digər sahələrdə tətbiq olunması nəzərdə tutulur.
Sevinc Çəltikova
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri