Uşaqlar üçün ağıllı saat təqdim edilib

29-08-2015 / 11:38

Çinin Tencent telekommunikasiya şirkəti uşaqlar üçün funksional ağıllı saatlardan birini təqdim edib.

Xəbərlər-in RYTN-in rəsmi saytına istinadən verdiyi məlumata görə, 1,12 düym (2,85 sm) diaqonallı ekranla təchiz edilən və 128x128 pikselli təsvir ölçüsünə malik QQ Watch saat modeli IP65 dərəcəli tozkeçirməz və sukeçirməz mühafizəyə malikdir ki, bu da onu su altında yumağa imkan verir.

Qurğudan əsasən uşaqların itməsi zamanı onların olduğu yeri müəyyənləşdirmək üçün istifadəsi planlaşdırılır. Valideynlərə təcili məlumatın göndərilməsi üçün SOS düyməsi nəzərdə tutulub. Uşağın olduğu yeri maksimum dəqiqliklə müəyyənləşdirmək üçün yeni təqdim edilən qurğu GPS, Wi-Fi və mobil rabitə şəbəkələrinin məlumatlarından yararlanır.

Saat həmçinin 0,3 meqapikselli kamera ilə təchiz edilib. Onun köməyi ilə itmiş uşaqlar valideynlərinə olduğu yerin ətraf fotoşəkillərini göndərə biləcəklər.

İstehsalçı nümayəndələrinin sözlərinə görə, hazırda qiyməti məlum olmayan qurğunun tam doldurulan akkumulyatorundan beş gün istifadə etmək mümkündür. Satışlara bu ilin oktyabrında başlanılması nəzərdə tutulur.

Tencent Çinin nəhəng internet provayderidir. Şirkət Çinin ən məşhur QQ messencerinin, WeChat mətnli və səsli məlumatların ötürülməsi üçün sistemlərin inkişafı ilə məşğuldur, eləcə də Riot Games şirkətinin baş səhmdarıdır.

 

Xeberler.az 


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə