“GoldenPay” ASC-nin layihəsinə Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti statusu verilib

03-03-2021 / 14:19

Azərbaycanın ilk və ən böyük onlayn ödəniş platforması Hesab.az hər zaman keyfiyyətli, peşəkar xidmətgöstərmiş və fəaliyyətə başladığı ilk gündən mövcud olduğu bazarda rəqabət üstünlüyü ilə seçilmişdir.

Xüsusən pandemiya dövründə onlayn sahəyə olan maraq və insanların bir çox vərdişlərinin dəyişməsi bu sahədə Hesab.az-a fəaliyyət istiqamətlərini daha da genişləndirməyə stimul vermiş oldu. Sahib olduğu istifadəçi kütləsinə daima ən son texnoloji yeniliklərə uyğun xidmət göstərməyi hədəfləyən Hesab.az, onlayn ticarət sahəsi üzrə çoxdandır gözlənilən yeni layihəsini rəsmi olaraq rezidentlik qeydiyyatına alındığını elan etdi.

Ötən günlərdə “QoldenPey” ASC-nin İdarə Heyətinin sədri Naina Mehdiyevaya, İnnovasiyalar Agentliyinin İdarə Heyətinin sədri Tural Kərimli tərəfindən “Hesab Shop” layihəsi üçün qeydiyyat şəhadətnaməsi təqdim olundu. Pirallahı Yüksək Texnologiyalar Parkının rezidenti olan “Hesab Shop” layihəsi - onlayn ticarət sahəsində kiçik, orta və böyük şirkətlər üçün internet üzərindən yeni satış kanalına imkan yaradan elektron ticarət platformasıdır.

Hesab.az, HesabShop layihəsi ilə ölkə bazarında keyfiyyətli və peşəkar onlayn ticarət platformasınıistifadəyə verərək, böyük bazar payına sahib olmağı hədəfləyir. Eyni zamanda layihənin əsas məqsədlərindən biri olaraq, kiçik, orta və böyük şirkətlər üçün əlverişli ticarət platforması təmin etməkdir. İstifadəçilər üçün də, rahat və istifadəsi olduqca asan bir alış-veriş platforması olacaq.

Qlobal e-ticarət şirkətlərinin təcrübə və yeniliklərini mövcud bazarda tətbiq edərək, e-ticarət sahəsi üzrə də xidmət sferasını genişləndirmiş olacaq.

Qeyd edək ki, rezidentlər yüksək texnologiyalar sahəsinin inkişaf etdirilməsi, texnoparkda fəaliyyətin həyata keçirilməsi, innovasiya məhsulunun və yüksək texnologiyaların hazırlanması, işlənilməsi və elmi tədqiqatların aparılması məqsədilə istehsal sahəsi ilə təmin ediləcək. Həmçinin, texnologiya parklarının rezidentləri - texnologiya parklarının qeydiyyat şəhadətnaməsini alan və orada fəaliyyət göstərən sahibkarlar  Azərbaycan Respublikasının Vergi Məcəlləsində və “Gömrük tarifi haqqında” qanununda onlar üçün nəzərdə tutulan bir sıra güzəştlərdən yaralana biləcəklər.  Belə ki, rezidentlər texnologiya parklarında qeydiyyata alındıqları hesabat ilindən başlayaraq 10 il müddətinə müvafiq fəaliyyətə görə mənfəət/gəlir, əmlak və torpaq vergisindən, texnika, texnoloji avadanlıq və qurğuların idxalına görə ƏDV-dən və gömrük rüsumlarından azaddırlar.


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə