ABŞ-ın və dünyanın ən böyük axtarış sistemi və reklam sahəsində ixtisaslaşmış transmilli şirkəti - "Google” Fransanın və dünyanın aparıcı xəbər agentliyi - “Agence France Presse” (AFP) ilə əməkdaşlığa başlayır.
Xeberler.az bildirir ki, ötən gün tərəflər arasında imzalanmış 5 illik müqaviləyə əsasən, agentlik xəbərlərini “Google News” servisində yerləşdirəcək və bunun müqabilində pul ödəyəcək.
"Google" və AFP-nin həmçinin faktların yoxlanması və sair məsələlər barədə birgə layihələr icra edəcəyi bildirilir.
Xatırladaq ki, “Google” şirkətinə xəbər servisində yerləşdirdiyi materiallara görə KİV-lə müqavilə imzalamaq öhdəliyini qoyan qanun Fransada ötən ilin aprel ayında qəbul edilib. Bu ilin iyul ayında isə şirkət bu qanunu pozduğuna görə 500 milyon avro cərimələnib.
Bu ilin fevral ayında “Google” Fransanın 121 media qurumu ilə bənzər müqavilə imzalayaraq onlara bütövlükdə 76 milyon avro vəsait ödəmək öhdəliyini götürüb. Həmin müqavilədə iştirak etməyən AFP dəfələrlə “Google”dan şikayət edərək onların da xəbərlərini ödənişli əsasla yerləşdirməyi tələb edib.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri