Məlum olduğu kimi, Facebook-un Whatsapp tətbiqni satın alması ilə Google bu xidmətdən gəlir götürməyi əlindən qaçırdı. Lakin şirkət hələ də mesajlaşma proqramlarına yatırım etməkdə iddialıdır.
Şikət Wall Street-in böyük investorlarının da dəstəklədiyi mesajlaşma proqramı Symphony layihəsinə investisiya ayırıb.
Xeberler.az bildirir ki, bu barədə Wall Street Journal ( WSJ) məlumat yayıb.
Məlumatda qeyd edilir ki, Google Symphony (Communication Services) üçün 650 milyon dəyərində yatırım edib.
Qeyd edək ki, bundan öncə Symphony Goldman Sachs, Morgan Stanley, JP Morgan və BlackRock kimi Wall Street nəhənglərindən investisiya əldə edib.
Xatırladaq ki, Symphony ötən il Bloomberg-in gəlirləri ilə müqayisədə daha çox qazanc əldə etmək üçün yaradılıb.
Ötən il 66 milyon dollarlıq təhlükəsiz xəbərləşmə proqramı Perzo-nu da satın alması isə Symphony-nin əl-qolu daha da açıldı.
İddialara görə, bu ilin iyul ayında tətbiqin gəliri 1 milyarda çatıb.
Startapın yaradıcısı David Gurle isə Microsoft Lync, Skype ve Thomson Reuters kimi şirkətlərdə təcrübə keçməsi və layihəsində bu təcrübələri tətbiq etməsi ilə gündəmdədir.
Google-un layihəyə yatırımı barədə isə hələlik heç bir tərəfdən rəsmi açıqlama gəlməyib. Bəzi xarici mənbələrin məlumatında müqavilənin bu həftə imzalanacağı qeyd edilir.
Məltəm Talıbzadə
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri