Previous Next
Bağla

Google-un kibercinayətkarlarla yeni mübarizə üsulu

03-10-2015 12:03
Google-un kibercinayətkarlarla yeni mübarizə üsulu

Google tədqiqatçılarla birgə dəyərli məlumatları qorumaq səylərini artırmaqdansa, dələduzları ən zəif yerlərindən, yəni ciblərindən vurmaqla kibercinayətkarlığın qarşısını almağın yollarını axtarır.

Xeberler.az-ın məlumatına görə, Kurt Thomas və Elie Bursztein Google onlayn təhlükəsizlik bloqunda yayımladığı “Google fırıldaq və sui-istifadə əleyhinə araşdırma”da belə qeyd edirlər ki, artıq kibercinayətkarlıq böyük, yeraltı iqtisadiyyatın bir parçası olduğundan bütün qanuni bizneslərə çətinlik yaradan eyni problemlərə qarşı müdafiəsizdir. Yəni gəlirləri artırmaq üçün xərcləri stabil saxlamaq lazımdır. Bu əsasla Google komandası təklif edib ki, internetdə fəaliyyət göstərən kriminal qruplaşmaların onlara lazım olan xidmətlərə ödədiyi xərcləri artırmaqla kriminal fəaliyyəti daha yaxşı nəzarətdə saxlamaq olar.

Thomas və Bursztein deyir: “Əgər biz bu ssenariyə iqtisadi mövqedən nəzər yanaşsaq, saxta hesabların, telefon nömrələrinin və ya zərərli veb-saytların xərclərinin artması sui-istifadədən əldə olunan gəlirləri azaldacaq. Nəhayət, qeyri-effektiv xərclərə əsaslanan dələduzluq məhv olacaq”.

Google iddia edir ki, problemə bu cəhətdən yanaşmaq müştəri və şirkətlərin müdafiə sistemlərini gücləndirərək dələduzları hücum üçün yeni yollar tapmağa sövq etdiyi və sonra öz işlərini əvvəlki qaydada görməyə davam etdikləri mövcud dövri prosesi sonlandıra bilər:

“Bu dövrü müdafiə prosesini sonlandırmaq üçün biz sui-istifadəyə qarşı mübarizədə yanaşmamızı da inkişaf etdiririk ki, eyni zamanda bunu dəstəkləyən infrastruktura, maliyyə mərkəzlərinə və buna təşviq edən şəxslərə də zərbə yetirə bilək”, deyə bloqda qeyd edilir.

Google cinayətkarların iş xərclərini artırmağa kömək edən bir neçə halı da göstərib.

“Biz böyük sayda hesabın qeydiyyatının tələb etdiyi xərclər zəncirini öyrənməklə Google hesablarının qara bazarda qiymətlərini 30-40 faiz bahalaşdırmağa nail olmuşuq”.

Bloqda yazılır: “Akademik əməkdaşlarımız göstərir ki, spamlarla reklam edilən qeyri-qanuni dərman və saxta proqramların ödəniş proseslərinin pozulması, onlayn xidmətlərə zərər yetirən saxta hesablara daxil olmağın mümkünsüzləşdirilməsi və botnet infrastrukturların fəaliyyət və idarəetməsinin yararsız vəziyyətə salınması kimi uğurlar da əldə edilib”.

 

Murad Məmmədzadə

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Google Çin bazarından çıxdı!

Google Çin bazarından çıxdı!

26-03-2010
Google Google Play-ə yenilik gətirir

Google Google Play-ə yenilik gətirir

28-02-2015
Google-un Winrar reklamında casus problemi

Google-un Winrar reklamında casus problemi

20-12-2008
ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

ETX: Saxta e-poçtlarla kiberhücumlar edilir

29-04-2025
Google 10 yaşında

Google 10 yaşında

11-09-2008
Google veb ünvanını dəyişdi

Google veb ünvanını dəyişdi

01-04-2015
Avropa Komissiyası “Google”u cərimələyib

Avropa Komissiyası “Google”u cərimələyib

06-09-2025
Google telefon istehsal edəcək

Google telefon istehsal edəcək

26-10-2009
Bing-in gizli gəlirləri

Bing-in gizli gəlirləri

20-08-2009
“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

“Google”un reklam gəliri ABŞ mətbuatının gəlirini üstələyib

14-11-2013
Google-ın səlahiyyətləri  Alphabet holdinqə verildi

Google-ın səlahiyyətləri Alphabet holdinqə verildi

11-08-2015
Google 1,7 milyard reklamı əngəlləyib-Səbəb

Google 1,7 milyard reklamı əngəlləyib-Səbəb

26-01-2017
Google-dan istifadəçilərə təhlükə ilə bağlı xəbərdarlıq

Google-dan istifadəçilərə təhlükə ilə bağlı xəbərdarlıq

04-05-2017
Google nəhayət ki patentinə tam sahib oldu

Google nəhayət ki patentinə tam sahib oldu

07-09-2009
Avropa Komissiyası "Google"qarşı ayrı-seçkiliyi araşdırır

Avropa Komissiyası "Google"qarşı ayrı-seçkiliyi araşdırır

13-11-2025
Tramp "Google" şirkətini cərimələyən Aİ-yə cavab verəcəyini bildirib

Tramp "Google" şirkətini cərimələyən Aİ-yə cavab verəcəyini bildirib

06-09-2025
Google iki servisin fəaliyyətini dayandırır

Google iki servisin fəaliyyətini dayandırır

25-06-2011
PayPal və Google süni intellekti birgə inkişaf etdirməyi planlaşdırır

PayPal və Google süni intellekti birgə inkişaf etdirməyi planlaşdırır

18-09-2025
Azərbaycanlılar Google-da nə edirlər?

Azərbaycanlılar Google-da nə edirlər?

04-07-2011
Google şirkəti Google Docs`da boşluqların olduğunu etiraf etdi

Google şirkəti Google Docs`da boşluqların olduğunu etiraf etdi

11-03-2009
Google Fi texnologiyası istifadəçilər üçün hansı imkanlar yaradır?

Google Fi texnologiyası istifadəçilər üçün hansı imkanlar yaradır?

18-11-2022
Google ilk WP7 sistemi bazarda öz yerini tutdu

Google ilk WP7 sistemi bazarda öz yerini tutdu

12-11-2010
iPhone üçün yeni Google Earth proqramı çıxır

iPhone üçün yeni Google Earth proqramı çıxır

24-11-2009
Google Avropa qəzetləri ilə birgə yeni layihəyə başlayıb

Google Avropa qəzetləri ilə birgə yeni layihəyə başlayıb

28-04-2015





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə