Bahalı telefon və smartfonların istehsalçısı olan “Vertu” uzunsürən fasilədən sonra yeni smartfonunu təqdim edib.
Xeberler.az bildirir ki, ICTnews Elektron Xəbər Xidmətinin məlumatına görə, smartfon öz texniki xüsusiyyətlərinə görə orta səviyyə kateqoriyasına aiddir. Buna baxmayaraq, sözügedən smartfon arxa paneldə titan çərçivə və dəri daxil olmaqla bahalı materiallarla işlənib. Ənənəvi olaraq aparat Böyük Britaniyada əllə yığılıb. “Vertu Aster P” smartfonunu Çinin “JD.com” internet mağazasından ilkin sifariş etmək mümkündür. İşləmədən asılı olaraq qiyməti 5-14 min dollar arasında dəyişir.
“Vertu Aster P” aparatı “Qualcomm Snapdragon 660” prosessoru, 6 QB-lıq əməli yaddaş, 128 QB-lıq daxili fləş yaddaş, “Full HD” (1920x1080 piksel) təsvir ölçülü 4,9 düymlük “AMOLED” displey, 12 meqapiksellik əsas və 20 meqapiksellik ön kameralar, 3200 milliamper/saat tutumunda akkumulyatorla təchiz edilib. İkizolaqlı “Wi-Fi”, “Bluetooth 5.0”, “NFC” və iki “SİM” kart dəstəklənir.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri