Böyük Britaniyanın Vertu şirkəti “Signature Touch” smartfonunun yeni modelini təqdim edib.
Xeberler.az xarici mətbuata istinadla bildirir ki, aparat Qualcomm Snapdragon 810 prosessoru və 4 geqabayt (Gb) əməli yaddaşla təchiz edilib. Ekranın diaqonalı 5,2 düym və təsvir ölçüsü 1920x1080 pikseldir və sapfir şüşə ilə örtülüb. Ön kameranın təsvir ölçüsü 2,1 meqapiksel, arxa kamerada isə 21 meqapikseldir. Əsas kamera 4K formatında video çəkə bilir və ikiqat işıq diodu işıqlandırıcısına malikdir.
Akkumulyatorun tutumu 3160 milliamper/saat təşkil edir, Quick Charge 2.0 sürətli enerjidoldurma texnologiyasını, NFC texnologiyası və IV nəsil şəbəkəsini dəstəkləyir. Signature Touch smartfonunda daxili fləş yaddaşın tutumu 64 Gb təşkil edir. Aparat Android 5.1 Lollipop mobil əməliyyat sistemi ilə işləyir.
Vertu Signature Touch smartfonunun beynəlxalq satışlarına bu il oktyabrın 16-da başlanılacaq və dəyəri 6500-13700 funt sterlinq aralığında olacaq.
Xeberler.az
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri