Layihə çərçivəsində 5 ideyanın həyata keçirilməsi üçün 10 milyon dollar ayrılıb. Xüsusi məsləhət şurası dünyanı dəyişə biləcək və daha çox insana kömək edəcək ideyaları seçəcək. İdeyaları ancaq ayrı-ayrı şəxslər irəli sürə bilərlər. Təşkilatların ideya irəli sürməsi qadağandır. Əgər ideya şura tərəfindən bəyənilsə, “Google” həmin ideyanı həyata keçirmək arzusunda olan təşkilatlar arasında müsabiqə elan edəcək.
Layihə ilə bağlı yaradılan internet səhifəsində bildirilir ki, ideya müəllifi yaxşı qonorarla yanaşı irəli sürdüyü təklifin insanlara yararlı olmasından da mənəvi zövq alacaq. Bir və ya bir neçə ideyanı təklif etmək üçün oktyabrın 20-ə kimi xüsusi anket doldurmaq lazımdır. Anketə videoçarx əlavə edilməsi və ya onu həyata keçirəcək təşkilatın təklif edilməsi alqışlanır.
“Google” səkkiz kateqoriya üzrə ideya verilməsini təklif edir: cəmiyyət, imkanlar, enerji, ətraf mühit, sağlamlıq, təhsil, təhlükəsizlik və s. Təklif edilən ideyalarla bağlı səsvermə 2009-cu il yanvarın 27-də başlayacaq. Onlardan 100-ü İnternetdə dərc ediləcək. Sonra internet istifadəçiləri yarımfinala keçəcək 20 ideyanı seçəcəklər. Şura isə həmin ideyalar arasından 5-i bəyənəcək.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri