İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin operatoru olduğu Enterprise Azerbaijan portalı və ABŞ-ın Nevada Universitetinin “Özmən Sahibkarlıq Mərkəzi” ilə birgə yaratdığı “StartUp School”da ideya yarışı olacaq.
Enterprise Azerbijan portalının rəhbəri Mətanət Musayeva bildirib ki, “StartUp School”a müraciət edən 200 layihə arasında startap layihələri ilə yanaşı ideyalar da üstünlük təşkil edib. Bu ideyalar arasından ekspertlərin ən yaxşı hesab etdiyi 21 layihə “Ən Yaxşı İdeya” nominasiyasında yarışmaq üçün vəsiqə qazanıb.
M.Musayeva məlumat verib ki, qalib ideyalardan 8-i xanım startaplara məxsusdur. Müsabiqədə 15-25 yaş həddi arasında 16 nəfər qalib olub ki, bunlardan 2 nəfəri 15 yaşlı Azərbaycan vətəndaşları Ruslan Nəbili və Rəna Məmmədlidir. “StartUp School”a yeni ideyaları ilə müraciət edənlər arasında gənclər üstünlük təşkil etsə də, müsabiqədə yaşı 25-45 arası olan 4 nəfər də iştirak edib. Qalib ideya startapları arasında 4 nəfər Türkiyə vətəndaşı var. Onlardan biri 53 yaşlı Türkiyə vətəndaşı Ahmed Kadioğludur.
İdeya yarışı ilə bağlı sonrakı mərhələlər haqqında ətraflı məlumat veriləcək. Bunun üçün bizi izləyin: www.startupschool.az, https://enterpriseazerbaijan.gov.az/-a
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri