İçərişəhərdə “Barama” layihəsinin ofisinin açılış mərasimi olub

10-12-2009 / 15:23

Dekabrın 10-da “Azercell Telekom” MMC-nin “Barama” layihə ofisinin açılışı keçirilib. İçərişəhərdə yerləşən müasir üslublu bu mərkəzdə eyni vaxtda təxminən 20 layihə iştirakçısının rahat işləməsi üçün hər cür şərait yaradılıb.

“Barama” layihəsinin mahiyyəti informasiya və kommunikasiya texnologiyaları sahəsində yeni təşəbbüsləri ortaya çıxarıb onları düzgün qiymətləndirməkdən ibarətdir. “Azercell” bu sahədə maraqlı ideyalara malik, amma onları həyata keçirmək imkanı olmayan hər bir gənci layihədə iştirak etməyə dəvət edir.

“Barama” layihəsinin iştirakçıları “Azercell”in yardımı və dəstəyi ilə öz təşəbbüslərini gerçəkləşdirmək üçün hər bir zəruri avadanlıq, bütün imkanlarla təmin edilirlər. Məhz bu məqsədlə müasir tələblərə cavab verən, keçmişlə gələcəyin qovuşmasındakı İçərişəhərdə yerləşən gözəl bir ofis layihə iştirakçılarının ixtiyarına verilib. “Barama” layihəsində iştirak edən gənclər burada işləməklə yanaşı, lazımi məqamlarda “Azercell”in mütəxəssislərindən kömək almaq, onların təlimlərində iştirak etmək imkanı qazanırlar. Layihə iştirakçılarına hətta başa çatdırdıqları işi “Azercell”in avadanlıqlarının üzərində sınaqdan keçirmək şansı da veriləcək. Ən əsası da odur ki, ideyaların müəllifliyi elə iştirakçıların özlərində qalacaq. İstedadlı gənclər öz təşəbbüslərinin reallaşdırılmasını tamamlayandan sonra layihəni tərk edərək öz yerlərini digər namizədlərə verəcəklər.

Layihənin məqsədi gənclərin irəli sürdüyü ideyaları tədqiq edib, onların mükəmməl varianta gətirilməsinə, həm də həyata keçirilməsinə yardımçı olmaqdır. Bununla da “Azercell” həm ölkənin İKT sektoruna, həm də iqtisadi inkişafına özünün növbəti töhfəsini vermiş olur. Nəinki Azərbaycanda, ümumiyyətlə regionda ilk belə layihənin həyata keçirilməsi “Azercell”in həm də gələcək nəslin inkişafına verdiyi önəmin göstəricisidir.

“Barama” layihəsinin ofisi Azərbaycan Respublikası Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəstəyi ilə yaradılıb. Qoruq İdarəsinin bu təşəbbüsü dəstəkləməkdə məqsədi İçərişəhərin timsalında “Keçmişdən - Gələcəyə” konsepsiyasının həyata keçirilməsi, habelə burada yenilikçi düşüncə və ideyaların, informasiya texnologiyalarının inkişaf etdirilməsinə köməklik göstərməkdir.

Layihədə iştirak etmək istəyənlər www.azercell.com/barama internet səhifəsində yerləşdirilən anket-ərizəni dolduraraq, orada göstərilən əlavə sənədlərlə yanaşı öz ideyalarını “Azercell”ə göndərə bilərlər. Ərizələr davamlı olaraq qəbul edilir. Təklif olunan ideyalar müəyyən dəyərləri, yaradıcılıq, yenilik, sosial-iqtisadi faydalar və s. kimi xüsusiyyətləri özündə əks etdirməlidir


ŞƏRHLƏR






sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə