ABŞ-ın “Google” şirkəti işçilərin arzusuna görə onlara 2021-ci ilin iyulunadək onlayn rejimdə işləməyin davam etdirilməsinə icazənin verilməsi ilə bağlı qərar qəbul edib.
Xeberler.az bildirir ki, şirkətin baş direktoru Sundar Piçainin əməkdaşlara müraciətində deyilir: “Əməkdaşların gələcəyi planlaşdırması üçün biz ofisdə olmanı tələb etməyən vəzifələr üçün 2021-ci il iyunun 30-dək evdən könüllü işləmək imkanını uzadırıq”.
Baş direktor bildirib ki, “Google” şirkətinin müxtəlif ölkələrdə yerləşən 40-dan çox ofisi artıq fəaliyyətini bərpa edib.
Şirkət əvvəlcə işçilərin 2020-ci ilin sonunadək onlayn rejimdə işləyəcəyini bəyan etmişdi.
Pandemiya dövründə dünyada 16,4 milyon koronavirusa yoluxma faktı qeydə alınıb, xəstələnənlərin təxminən 650 mini həyatını itirib, daha 10 milyon isə sağalıb.
Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
Windows 10-u necə sürətləndirmək olar?
Bizi idarə edən güc: Netokratiya
Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
Facebook müəmması
4G mobil texnologiyası niyə ləngiyir?
Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
“Asan imzanı belə gördüm”- Azər Həsrət
Azərbaycanda e-hökumətin inkişafinda yeni sosial tələbləri nəzərə alan xidmətlərin genişləndirilməsi perspektivləri