Previous Next
Bağla

Hindistanın dəmiryolu vağzallarında pulsuz Wi-Fi şəbəkəsi qurulacaq

02-10-2015 12:19
Hindistanın dəmiryolu vağzallarında pulsuz Wi-Fi şəbəkəsi qurulacaq

Google şirkəti Hindistan əhalisinin internetə çıxış imkanını genişləndirmək məqsədilə ölkənin 400 dəmiryolu vağzalında yüksəksürətli ictimai Wi-Fi şəbəkəsi qurmaq niyyətindədir.

Xeberler.az-ın xarici mətbuata istinadən verdiyi məlumata görə, ilk vaxtlar şəbəkədən istifadənin pulsuz olması nəzərdə tutulsa da, sonradan ödənişli olacağı bildirilir.

Bu barədə Hindistan baş naziri Narendra Modinin ABŞ-a səfəri çərçivəsində Google şirkətinin mənzil-qərargahında keçirilən görüşdə elan edilib. Şirkətə layihənin həyata keçirilməsində köməyi Hindistanın dəmiryolu şəbəkəsinin 99 faizinə nəzarət edən Indian Railways dəmiryolu şirkəti və əksər dəmiryolu xətləri yaxınlığında optik-lif şəbəkəsi vasitəsilə internet xidmətləri təklif edən RailTel operatoru göstərəcək.

Şirkətlər yaxın vaxtlarda işə başlamağı planlaşdıraraq 2016-cı ilin sonunadək Hindistanın minimum 100 dəmiryolu vağzalının ictimai Wi-Fi şəbəkəsi ilə əhatə olunacağını bildiriblər. Bunun sayəsində hər gün vağzallardan istifadə edən 10 milyon insan internetə çıxış imkanı əldə edəcək. Google şirkətinin baş direktoru Sundar Piçai bunu Hindistanda və potensial istifadəçilərin sayı baxımından dünyada ən böyük ictimai layihə adlandırıb.  

Baş direktor qeyd edib ki, Hindistan əhalisinin təxminən 300 milyonu internetə çıxış imkanına malikdir ki, onun da 100 milyonu bu fürsəti ötən il əldə edib. Bununla yanaşı, o vurğulayıb ki, 1 milyarda yaxın insan hələ də internetdən istifadə imkanından məhrumdur və dəmiryolu stansiyalarında ictimai Wi-Fi şəbəkələrinin qurulması bu problemi həll etməyə kömək edəcək.

 

Xeberler.az

ŞƏRHLƏR
OXŞAR XƏBƏRLƏR
Dəmiryolu stansiyasında 200-ə yaxın bilet satış aparatı quraşdırılacaq

Dəmiryolu stansiyasında 200-ə yaxın bilet satış aparatı quraşdırılacaq

17-06-2016
Dəmiryolu stansiyaları naqilsiz internet ilə təmin ediləcək

Dəmiryolu stansiyaları naqilsiz internet ilə təmin ediləcək

30-12-2023
İntel Hindistan üçün 115 dollarlıq kompüter hazırlayıb

İntel Hindistan üçün 115 dollarlıq kompüter hazırlayıb

30-08-2008
Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

Yer kürəsinin hər ikinci sakini İnternetdən istifadə edəcək

27-05-2015
Hindistanın baş nazirinin tviter hesabı sındırılıb

Hindistanın baş nazirinin tviter hesabı sındırılıb

13-12-2021
 ABŞ-ın mobil rabitə operatoru optik-lif şəbəkəsi layihəsini işə salıb

ABŞ-ın mobil rabitə operatoru optik-lif şəbəkəsi layihəsini işə salıb

18-02-2015
Hindistan internet istifadəçilərinin sayına görə dünyada ikinci ola bilər

Hindistan internet istifadəçilərinin sayına görə dünyada ikinci ola bilər

18-11-2015
Robot vağzalda təhlükəsizliyə nəzarət edəcək

Robot vağzalda təhlükəsizliyə nəzarət edəcək

20-02-2017
Günəş enerjisi ilə işləyən qatar hazırlanır

Günəş enerjisi ilə işləyən qatar hazırlanır

06-07-2015
“İnkişaf etməkdə olan ölkələrdə internetə qoşulmaq üçün əngəllər var”

“İnkişaf etməkdə olan ölkələrdə internetə qoşulmaq üçün əngəllər var”

29-10-2015
“Google”nin də sosial şəbəkəsi olacaq

“Google”nin də sosial şəbəkəsi olacaq

17-09-2010
Google Hindistanda məlumat mərkəzi tikəcək

Google Hindistanda məlumat mərkəzi tikəcək

06-04-2026
İnternetin pulsuz olduğu şəhər

İnternetin pulsuz olduğu şəhər

19-12-2008
Google hava şarları ilə İnternet paylayacaq

Google hava şarları ilə İnternet paylayacaq

31-07-2015
Belarusda LTE şəbəkəsi istifadəyə veriləcək

Belarusda LTE şəbəkəsi istifadəyə veriləcək

21-09-2015
“Apple” Hindistanda “iPhone” zavodu açıb

“Apple” Hindistanda “iPhone” zavodu açıb

30-04-2025
“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

“Koroğlu” metrostansiyasının yanında yeni nəqliyyat mübadilə məntəqəsi yaradılacaq

02-05-2024
Hindistan Azərbaycanla İT sahəsi üzrə əməkdaşlığda maraqlıdır

Hindistan Azərbaycanla İT sahəsi üzrə əməkdaşlığda maraqlıdır

02-10-2009
Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 23 xarici peyk buraxacaq

Hindistan Kosmik Tədqiqatlar Təşkilatı 23 xarici peyk buraxacaq

28-09-2015
Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

Dünyada 3,9 milyard nəfərin interneti yoxdur

20-09-2016
Nazir Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

Nazir Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri ilə görüşüb

15-12-2021
Azərbaycan şirkətləri elektronika və kompüter sahəsində keçirilən tədbirdə iştirak edib

Azərbaycan şirkətləri elektronika və kompüter sahəsində keçirilən tədbirdə iştirak edib

07-12-2021
Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

Pakistan kiberhücumla Hindistanın elektrik şəbəkəsini sıradan çıxarıb

10-05-2025
Ağ Ev: “TikTok” satışı üzrə danışıqlar yüksək səviyyədə davam edir

Ağ Ev: “TikTok” satışı üzrə danışıqlar yüksək səviyyədə davam edir

01-07-2025





sorğu
İT mütəxəssislər iş yerlərini hansı meyarlar əsasında seçir ?
  • Şirkətin yüksək statusuna görə
  • İşin, layihənin xarakterinə görə
  • Əmək müqaviləsinin olmasına görə
  • Yüksək əmək haqqına, mükafatlara və digər güzəştlərə görə
  • Gələcək karyerası üçün əhəmiyyət kəsb etdiyinə görə
  • Maraqlı, işgüzar kollektivə görə