
Mayın 23-də Hədəf Təlim Klubunda “Hədəf günləri” çərçivəsində 3-cü menecment təlimi başa çatıb.

Xəbərlər-in verdiyi məlumata görə, təlimçi Rəşad Hüseynovun təqdimatında Menecment sahəsində idarəetmənin hədəfi, Menecmentdə proseslərin təşkili, qloballaşmanın Menecmentə təsiri, idarəetmədə Rəhbər və Lider, Menecmentin tipləri və üslubları, Menecmentdə qərb və şərq modeli, Menecmentdə TEAM WORK effekti kimi maraqlı mövzular müzakirə olunub.

Hədəf Təlimi Klubu Hədəf Kurslarının tərkibində gələcək hədəflərinə çatmağı qarşısına məqsəd qoymuş gənclərə və iş adamlarına marketinq, menecment, natiqlik sənəti, fərdi inkişaf və digər sahələrdə peşəkarlıqlarını və biliklərini artırmaqda yardımçı olmaq məqsədilə yaradılıb.Həmçinin təlim iştirakçılarına iş yerlərində İnformasiya Kommunikasiya Texnologiyalarından istifadənin üstünlükləri barədə də məlumat verilir.
Xeberler.az
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 Televiziyaların reytinqini kim ölçür, necə ölçür və nəticələr ağlabatan olacaqmı?
 Nazirlik inkubasiya mərkəzlərini niyə topladı? –Şərh
 Windows 10-u necə sürətləndirmək olar?
 Bizi idarə edən güc: Netokratiya
 Tor: şəbəkənin nəzarətindən azad olmaq imkanı
 Facebook müəmması
 4G mobil texnologiyası niyə ləngiyir?
 Rəqəmli yayım: mərkəzdən kənarda yaşayanlar nə etsin?
 “Asan imzanı belə gördüm”- Azər Həsrət
 Satışa çıxarılmış Azərbaycan adları